

İdarəetmə sistemlərinin sertifikatlaşdırılması
INCERT şirkəti özünün geniş yerli və xarici tərəfdaşlar şəbəkəsi vasitəsilə müəssisə və təşkilatlara idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə peşəkar xidmətlər göstərir.
İNCERT hazırda IAF (İnternational Accreditation Forum), EA (European co-operation for Accreditation) və APAC (Asia Pacific Accreditation Cooperation) kimi beynəlxalq təşkilatların üzvü olan DAKKS, İAS, TURKAK və digər beynəlxalq səviyyədə tanınan akkreditasiya qurumlarında akkreditasiya olunmuş təşkilatların Azərbaycan üzrə təmsilçisidir.
Bizim üstünlüklərimiz:
- Peşəkar, yerli və xarici mütəxəssislər heyətinə sahibik
- Beynəlxalq səviyyədə tanınmış nüfuzlu akkreditasiya qurumlarından təsdiqli sertifikatlarla təmin edirik
- Bir neçə beynəlxalq sertifikatlaşdırma qurumlarının Azərbaycan üzrə təmsilçisiyik
- Bazarın aparıcı şirkətlərinə xidmət göstəririk.
- Xidmətlərimizi qısa müddətdə və sürətli bir şəkildə icra edirik.
- Müştərilərimizə daimi dəstək veririk.
Bizimlə əməkdaşlıqdan sizin əldə edəcəkləriniz:
- Yüksək kvalifikasiyalı və böyük təcrübəyə malik auditorlarımız tərəfindən müəssisənizin fəaliyyətinə dəyər qatacaq audit və azərbaycan dilində detallı hesabatın hazırlanması və təqdim edilməsi
- Fəaliyyətimizlə bağlı sorğuların tez bir zamanda cavablandırılması, məsələlərin operativ həlli və müvafiq tövsiyələrin verilməsı
- Müvafiq resurslarla təmin olunma (Azərbaycan dilində standartlar metodiki vəsaitlər və.s)
- Nüfuzlu akkrreditasiya qurumlarından təsdiqli sertifikatların (Almaniya, İsveçrə, ABŞ, Türkiyə) verilməsi
- Sürətli, effektiv və qısa müddətdə işlərin yerinə yetirilməsi
- Ödənişsiz təlim və seminarların verilməsi
- İxrac potensialının və xarici bazarlara çıxış imkanın artması
- Rəqabətqabiliyyətliliyin artması
- Müştərilərin inam və etibarının artması
- Tenderlərdə iştirak və rəqabət üstünlüyü əldə etmə imkanı
- Sertifikatlaşdırma qərarı verildikdən sonra qısa müddət ərzində sertifikatın əldə edilməsi
- Optimal qiymət
INCERT şirkətinin təşkil etdiyi sertifikatlaşdırma xidmətləri əsasən aşağıdakı sektor və standartları əhatə edir: