

GLOBALG.A.P.
Global G.A.P. nədir?
Global G.A.P. kənd təsərrüfatı məhsullarının təhlükəsizliyini və bütün texnoloji istehsal zəncirinin müasir keyfiyyət və texniki tələblərə uyğunluğunu təmin edən tanınmış beynəlxalq standartlar sistemidir. GLOBALG.A.P GMP (Qabaqcıl İstehsal Təcrübəsi) və HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) standartlarının tələbləri əsasında işlənib hazırlanıb.
Standart kənd təsərrüfatının aşağıdakı sahələrini əhatə edir:
- Global G.A.P. – Bitkiçilik
- Global G.A.P. – Heyvandarlıq
- Global G.A.P. CFM - Qarışıq yem istehsalı
- Global G.A.P. IFA - Akvakultura
- Global G.A.P – Təchizat zənciri (CoC)
GLOBALG.A.P. standartına görə sertifikatlaşdırma
Global G.A.P. sertifikatı məhsulun keyfiyyət tələblərinə və müvafiq təhlükəsizlik qaydalarına uyğun istehsal edildiyini akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən təsdiqləyən sənəddir.
Global G.A.P sertifikatının alınması üçün zəruri olan tələblər
Uyğunluq səviyyələri
Global G.A.P IFA üç tip nəzarət nöqtəsini özündə ehtiva edir və istehsalçı Global G.A.P setifikatı almaq üçün müəyyən olunmuş tələblərə uyğunluğu təmin etməlidir. Bu tələblər Major tələblər, Minor tələblər və Tövsiyələr olaraq müəyyən edilib.
Əsas tələblər
Tətbiq ediləcək nəzarət nöqtələrinin 100 %-nə uyğunluq olduqda Major tələblər yerinə yetirilmiş sayılır. İstinad edilən dəlillər, çek listdə göstərilmiş major tələblərin qarşısında şərh kimi göstərilməlidir.
İkinci dərəcəli tələblər
Bütün sahələr üçün tətbiq ediləcək nəzarət nöqtələrinin 95 %-nə uyğunluq olduqda Minor tələblər yerinə yetirilmiş sayılır .
Tövsiyələr
Uyğunluq üçün minimum faiz müəyyən edilməmişdir. İstehsalçı imzalanmış müqavilələrin şərtlərinə və GlobalG.A.P.-ın aktual versiyasının Ümumi müddəalarının göstərişlərinə əməl etməlidir. Bununla yanaşı CPCC daxilindəki bütün nəzarət nöqtələri daxili audit keçirməklə dəyərləndirilməlidir
GlobalG.A.P. standartına görə sertifikatlaşdırma müəssisəyə hansı üstünlükləri təmin edir?
GLOBALG.A.P. standartına görə sertifikatlaşdırma müəssisəyə:
- məhsulun bioloji və fiziki çirklənməsinin qarşısının alınması üçün əlverişli istehsal mühitinin yaranması;
- digər idarəetmə standartları (məsələn, BRC, IFS, ISO 9001:2015) ilə inteqrasiya imkanlarının asanlaşması;
- resurslardan səmərəli istifadə edilməsi imkanının yaranması;
- istehsal xərclərinin azalması;
- GFSI (Qida Təhlükəsizliyi üzrə Qlobal Təşəbbüs) tərəfindən təhlükəsiz qida məhsulunun istehsalçısı kimi tanınma;
- istehsal olunan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə müştərilərin inam və etibarının artması;
- daxili və xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.
İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər
İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
İNCERT şirkətini seçməklə Siz:
- Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
- Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
- Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
- Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
- Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
- Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.