ISO 45001:2018

ISO 45001:2018 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik

ISO 45001:2018 standartı nədir?

ISO 45001: 2018. Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik  standartı  müəssisə və təşkilatlarda təhlükəsiz iş şəraiti yaratmaq, işçilərin təhlükəsizliyini yaxşılaşdırmaq, iş yerlərindəki riskləri azaltmaq məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış tələblər toplusudur.

ISO 45001 standartı OHSAS 18001 və digər  beynəlxalq səviyyədə tanınan sənədlərin tələblərinə əsaslanır. ISO 45001 ilk peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sisteminin qlobal standartıdır. ISO 45001 69 ölkənin mütəxəssisləri tərəfindən Beynəlxalq Əmək Təşkilatı (ILO), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (ITUC) və Beynəlxalq İşəgötürənlər Təşkilatı (IOE) kimi aparıcı təşkilatların nümayəndələri ilə birlikdə hazırlanmışdır.

ISO 45001:2018
ISO 45001:2018

ISO 45001:2018 standartına görə sertifikatlaşdırma

ISO 45001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq ISO 45001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO 45001:2018 standartına görə peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

ISO 45001:2018 standartına görə peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə:

  • idarəetmənin səmərəliliyinin artması;
  • iş yerində qəza hallarının sayının azalması;
  • peşə yaralanmaları və xəstəliklərlə bağlı sığorta ödəmələrinin azalması;
  • risklərin effektiv idarə edilməsi;
  • səlahiyyətlərin düzgün bölgüsü və daxili əlaqə sisteminin qurulmasi;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması,
  • istehsal xərclərinin azalması;
  • təhlükəsizliklə bağlı korporativ mədəniyyətin formalaşması;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.