ISO 9001:2015

ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər

ISO 9001:2015 standartı nədir?

ISO 9001:2015 keyfiyyəti idarəetmə standartıdır. Bu beynəlxalq standart keyfiyyəti idarəetmənin müştəri yönümlülük,  liderlik, insanların cəlb edilməsi, proses yanaşması,  yaxşılaşdırma, dəlillərə əsaslanan qərarların qəbulu, əlaqələrin idarə edilməsi kimi prinsiplərinə əsaslanır.

Hazırda dünyada ən çox tanınan və populyar olan IS0 9001 standartı müəssisə və təşkilatlar  tərəfindən normativ hüquqi tələblərə və müştəri tələblərinə uyğunluğu təmin etmək və idarəetmə sisteminin effektivliyini artırmaq və müştəri məmnunluğuna nail olmaq üçün tətbiq edilir.

ISO 9001:2015 standartına görə sertifikatlaşdırma

ISO 9001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq  ISO 9001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO 9001:2015 standartına görə idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

ISO 9001:2015 standartına görə idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə:

  • idarəetmənin səmərəliliyinin artması;
  • biznes proseslərin tam optimallaşması;
  • məhsul və xidmətlərin keyfiyyətinə nəzarətin yaxşılaşması;
  • istehsal xərclərinin azalması;
  • risklərin effektiv idarə edilməsi;
  • səlahiyyətlərin düzgün bölgüsü və daxili əlaqə sisteminin qurulması;
  • müştəri ilə əks əlaqə sisteminin yaxşılaşması;
  • tenderlərdə əlavə üstünlük əldə etmə imkanın yaranması;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatlarla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.