Halal

Halal standartları

Halal İslam qaydalarına zidd olmayan, dini baxımdan istifadəsinə icazə verilən ərəbcə bir kəlmədir. Halal kateqoriyasına İslam normaları baxımından aşağıdakı məhsulları aid etmək olar:

  • Quranla qadağan edilməyən (yəni, haram olmayan) məhsullar;
  • İslam alimləri tərəfindən arzuolunmaz ( yəni, məkruh) hesab edilməyən məhsullar;
  • Tərkibində şübhəli maddələr olmayan məhsullar.

Bu gün  halal məhsulların diapazonu xeyli genişdir, bura təkcə ərzaq məhsulları yox, digər tələbat malları, o cümlədən kosmetika,  dərman, tibbi mateiral və alətlər, yuyucu vasitələr və s. də daxildir.

Halal məhsul o deməkdir ki, onun tərkibində donuzdan, spirtdən və digər dinimizlə qadağan olunan maddələrdən istifadə olunmur.

Dinimizə görə halal qida məhsullar aşağıdakı tələblərə cavab verməlidir:

  • halal məhsulun tərkibində qadağan olunmuş hər hansı maddə və onun komponenti olmamalıdır;
  • halal məhsul haram məmulatların istehsal və emal olunduğu istehsalat şəraitində hazırlanmamalıdır;
  • hala məhsullarının istehsalına cavabdeh şəxslər haram hesab edilən məmulatların istehsalı ilə  bağlı fəaliyyətə cəlb olunmamalıdır.

Hazırda dünyada üzrə ən çox tətbiq olunan halal standartlar aşağıdakılardır:

  • OIC/SMIIC 1: 2011 "Halal qida üzrə ümumi rəhbərlik";
  • MS 1500:2009 “Halal qida – istehsal, hazırlama, emal və saxlama üzrə ümumi rəhbərlik”;
  • HAS 23000:1:2012 standartı “Halal sertifikatlaşdırmaya dair tələblər. Halal sertifikatlaşdırma sisteminin meyarları”;
  • GSO 2055-1:2015 “Halal məhsullar – Hissə I: Halal qidaya dair ümumi tələblər”
Halal
Halal
Halal
Halal
Halal

Halal standartlara görə sertifikatlaşdırma

Halal sertifikat istehsal olunan məhsulun halal standartın tələblərinə uyğunluğunu təsdiq edən bir sənəddir. Halal sertifikat eyni zamanda məhsulunun hazırlanmasının, qablaşdırılmasının, istifadə olunan xammalın, materialların, qatqıların.  avadanlıqların, infrastrukturun yoxlanılaraq təsdiq edilməsidir.

Halal sertifikatlaşma prosesindən keçən məhsullar müsəlmanlar üçün etibarlı və təhlükəsiz məhsullar hesab olunur.

Halal standartların tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

Halal standartların tətbiqi və sertifikatlaşdırılması müəssisəyə:

  • istehsal olunan məhsula istehlakçıların etibarının artması;
  • məhsullara, qatqı maddələrinə, onların hazırlanma və istifadə üsullarına, təmizlik və sağlamlıq şərtlərinə, tam təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilməsi;
  • məhsulların halal qida bazarına ixrac etmə imkanının əldə edilməsi;.
  • beynəlxalq qida sərgilərində iştirak etmə imkanlarının artması;
  • HACCP, ISO, eləcə də digər keyfiyyət və təhlükəsizlik standartlarına inteqrasiya olunmanın asanlaşması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.