ISO/IEC 20000:2013

ISO/IEC 20000:2013. İnformasiya Texnologiyası – Xidmətin idarə edilməsi

ISO/IEC 20000 standartı nədir?

ISO/IEC 20000 IT xidmətlərinin  göstərilməsi və idarə edilməsi sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standartın hazırlanmasında əsas məqsəd informasiya texnologiyaları ilə bağlı xidmət sahəsində dünyada mövcud olan ən yaxşı təcrübənin müəssisələrdə tətbiqi, sifarişçilərin biznes fəaliyyəti nəzərə alınmaqla onların tələblərinin təmin edilməsi və bununla bağlı göstərilən xidmətlərin effektivliyinin yüksəldilməsi üçün universal meyarların yaradılmasından ibarətdir. ISO/İEC 20000 standartı informasiya texnologiyaları (İT) xidmətlərinin idarə edilməsi üzrə əsas amilləri, onun müəssisələrdə həyata keçirilməsi istiqamətində tələb olunan məsuliyyəti ətraflı təsvir edir,  İT üzrə xidmətlərin göstərilməsi  məqsədli sistemin qurulmasını özündə cəmləşdirir.

ISO/IEC 20000 standartına görə sertifikatlaşdırma

ISO/IEC 20000 sertifikatı müəssisənin idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq  ISO/IEC 20000 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO/IEC 20000 standartına görə idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

ISO/IEC 20000 standartına görə idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə:

  • idarəetmənin səmərəliliyinin artması;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • göstərilən IT xidmətlərinin keyfiyyətinin artması;
  • informasiya texnologiyasının inkişafına və işlək vəziyyətdə saxlanılmasına çəkilən xərclərin azaldılması;
  • informasiya təhlükəsizliyi ilə bağlı risk və təhlükələrin azaldılması və ya  onların qarşısının alınması
  • bazarda rəqabət qabiliyyətinin artması;
  • kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.