FSSC 22000

FSSC 22000 Qida təhlükəsizliyi sisteminin sertifikatlaşdırılması

FSSC 22000  standartı nədir?

FSSC 22000 qida təhlükəsizliyi sisteminin sertifikatlaşdırılması üçün nəzərdə tutulan beynəlxalq səviyyədə tanınmış standartdır. Bu standart qida təhlükəsizliyi idarəetmə sisteminin qiymətləndirilməsinə dair tələbləri müəyyənləşdirir. FSSC 22000-nin sertifikatlaşdırma sxemi ISO 22000:2005 və ISO/22002-1:2009/PAS 220:2008 standartlarının tələblərinə əsaslanır.

FSSC 22000-nin sertifikatlaşdırma sxemi :

  • heyvan mənşəli tez xarab olan  məhsullar (ət, quş əti, yumurta, süd məhsulları, balıq məhsulları);
  • bitki mənşəli tez xarab olan  məhsullar (qablaşdırılmış təzə meyvələr və təzə sıxılmış meyvə şirələri, konservləşdirilmiş meyvələr, qablaşdırılmış təzə tərəvəz məhsulları, konservləşdirilmiş tərəvəz məhsulları);
  • ətraf mühit temperaturunda uzunmüddətli saxlama üçün nəzərdə tutulan məhsullar (konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, yağ, içməli su, sərinləşdirici içkilər, un, şəkər, duz);
  • qida istehsalı üçün nəzərdə tutulan biokimyəvi məmulatlar (qida inqriyentləri - vitaminlər, qida əlavələri);
  • qida məhsulları üçün nəzərdə tutulan müxtəlif qablaşdırma növləri (ilkin qablaşdırma, ikinci qablaşdırma və s.);
  • heyvanlar üçün nəzərdə tutulan yem istehsal edən müəssisələr üçün nəzərdə tutulub.
FSSC 22000
FSSC 22000
FSSC 22000
FSSC 22000

FSSC 22000 standartına görə sertifikatlaşdırma

FSSC 22000 sertifikatı müəssisənin idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq  FSSC 22000 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

FSSC 22000 standartına görə sertifikatlaşdırma müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

FSSC 22000 standartına görə sertifikatlaşdırma müəssisəyə:

  • qlobal təchizat zəncirinə daxil olan təşkilatlar tərəfindən tanınma;
  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
  • uyğunluğun qiymətləndirilməsi üzrə nəticələrinin qarşılıqlı tanınması və beynəlxalq bazarlara məhsul icraçı imkanlarının yaranması;
  • qida təhlükəsizliyi üzrə risklərin azaldılması;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsinin asanlaşması;
  • keyfiyyətli və təhlükəsi məhsul istehsalçısı imicinin formalaşması;
  • biznes prosesin bütün mərhələlərində potensial təhlükələrin müəyyən edilməsi və vaxtında qarşısının alınması imkanlarının əldə edilməsi;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.