

Orqanik sertifikatlaşdırma
Orqanik sertifikat nədir?
Orqanik sertifikat kənd təsərrüfatı və qida məhsullarının istehsalı və emalının orqanik standartların, norma və direktivlərin tələblərinə uyğunluğunu təsdiqləyən sənəddir. Orqanik sertifikatlaşdırılma orqanik qida məhsulların istehsalı, emalı, çatdırılması və satışının bütün aspektlərini əhatə edir.
İNCERT şirkəti tərəfindən orqanik qida məhsullarının sertifikatlaşdırılması:
- USDA NOP ( ABŞ Kənd Təsəttüfatı Nazirliyinin Milli Orqanik Proqramı)
- JAS ( Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıq Sənayesi Nazirliyi)
- AB Direktivləri (EC) 834/07 və (EC) 889/08 -da müəyyən edilmiş norma və qaydalara uyğun həyata keçirilir.
Sertifikatlaşdırma prosesi
İlkin qiymətləndirmə
İlkin qiymətləndirmə sertifikatlaşdırma üçün lazım olan tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədilə fəaliyyətin və sənədləşdirmə səviyyəsinin dəyərləndirilməsini nəzərdə tutur. İlkin qiymətləndirmə sertifikatlaşdırmadan ən azı iki həftə əvvəl aparılmalıdır.
Audit
Audit prosesi sertifikatlaşdırma orqanı tərəfindən müəyyən edilir. Ehtiyac olduqda əlavə auditlər də keçirilə bilər.
Effektiv bir auditin keçirilməsi üçün istehsalçı bu auditə mümkün olduğu qədər yaxşı hazırlaşmalıdır. Audit yoxlaması zamanı aşağıdakı fəaliyyətlər həyata keçirilir:
- Auditlə bağlı rəhbərliklə görüşülür.
- İstehsal ilə bağlı sənədlər yoxlanılır.
- İstehsal sahəsi və oradakı aidiyyatı şəxslərlə görüş keçirilir.
- Nümunə götürülür.
- Məhsulun axışı girişdən çıxışa qədər yoxlanılır.
- Auditlə bağlı hesabat hazırlanır.
Orqanik sertifikatlaşdırma müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?
Orqanik sertifikatlaşdırma müəssisəyə:
- istehsalçının orqanik sektora aid olduğunun təsdiqlənməsi;
- istehsal, saxlanma, qablaşdırma və daşınmanın bütün mərhələlərində orqanik standartların tələblərinə uyğunluğun təsdiqlənməsi;
- resurslardan səmərəli istifadə edilməsi;
- istehsal xərclərinin azalması;
- istehsal olunan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə müştərilərin inam və etibarının artması;
- daxili və xarici bazarlara giriş imkanlarının artması;
- bazarda rəqabət qabiliyyətlərin artması kimi fayda və üstünlükləri təmin edir..
İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər
İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
İNCERT şirkətini seçməklə Siz:
- Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
- Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
- Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
- Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
- Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
- Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.