Rəhbərlik

Şamo MURADOV

Şamo MURADOV

Direktor

Şamo Qədirağa oğlu Muradov 11 İyul 1982-ci il tarixində Quba şəhərində anadan olub. 1999  ildə orta məktəbini bitirib. 1999-2003-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2003-2004-cü illərdə Azərbaycan ordusunda hərbi xidmətdə olub.

2004-cü ildə "SAF" MMC-də başlayan Standartlaşdırma və Sertifikatlaşdırma üzrə mütəxəssis və Qida təhlükəsizliyi və Keyfiyyət üzrə mütəxəssis vəzifələrində çalışıb.

2006-cı ilin İyun ayından etibarən "Global Group" xarici sertifikatlaşdırma orqanının yerli nümayəndəliyində Sertifikatlaşdırma və təlim üzrə menecer  vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından başlayaraq "İNCERT" MMC şirkətinin direktorudur.

Şamo Muradov 2008-ci ildə təsis olunan və dövlət qeydiyyatından keçmiş "Keyfiyyət və menecment" jurnalının redaksiya heyətinin üzvü və Keyfiyyət Assosiasiyasının tərkibində fəaliyyət göstərən "Qida təhlükəsizliyinin idarə edilməsi" işçi qrupunun rəhbəridir. Ailəlidir, bir övladı var.