ISO 50001:2018

ISO 50001:2018. Enerjini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik

ISO 50001 standartı nədir?

ISO 50001 enerji idarəetmə sisteminin qurulması, tətbiqi və yaxşılaşdırılmasına tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 242 saylı Texniki Komitəsi tərəfindən işlənib hazırlanmışdır.

ISO 50001:2018 standartının tətbiqi müəssisə və təşkilatlarda performansın və rəqabət qabiliyyətinin artırılmasına, enerjiyə qənaət edilməsinə, resurslardan səmərəli istifadə və xərclərin azaldılmasına imkan yaradır.

ISO 50001 standartına görə sertifikatlaşdırma

ISO 50001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq  ISO 50001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO 50001 standartına görə enerjini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

ISO 50001standartına görə enerjini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə:

  • idarəetmənin səmərəliliyinin artması;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • atmosferə atılan istixana qazlarının miqdarının azalması;
  • enerji resurslarının sistemli şəkildə idarə edilməsinin nəticəsi olaraq enerjiyə çəkilən xərclərin azalması;
  • enerji effektivliyinin yüksəlməsi;
  • ətraf mühitə olan mənfi təsirin qarşısının alınması və ya azaldılması;
  • digər idarəetmə standartları ilə inteqrasiya imkanlarının yaranması;
  • bazarda rəqabət qabiliyyətlərin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.