EN 15224:2016

EN 15224:2016. Keyfiyyəti idarəetmə sistemləri.  Səhiyyə sahəsi üçün EN ISO 9001:2015

EN 15224:2016 standartı nədir?

EN 15224:2016 standartı səhiyyə xidmətləri göstərən təşkilatlar üçün işlənib hazırlanmış keyfiyyəti idarəetmə sistemi standartıdır.

EN 15224:2016 standartı ISO 9001: 2015-in bütün tələblərini əhatə edir və bununla yanaşı səhiyyə sektoru üçün əlavə olaraq spesifik tələblər də irəli sürür. Standartda əsas diqqət “kliniki proseslərə” və “risklərin kliniki idarə edilməsinə” yönəldilir. “Kliniki” termini xəstə ilə tibbi personal ( həkim, tibb bacısı və s.) arasındakı bütün qarşılıqlı əlaqə növlərinə aid edilir.

EN 15224:2016 standartına görə sertifikatlaşdırma

EN 15224 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq EN 15224 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

EN 15224:2016 standartına görə sertifikatlaşdırma təşkilat və müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

  • səhiyyə xidmətlərinin planlaşdırılmasının və onlara nəzarətin təmin edilməsi;
  • kliniki proseslərin səmərəliliyinin artması;
  • davamlı yaxşılaşdırma imkanlarının artması;
  • digər idarəetmə sistemləri standartları ilə inteqrasiyanın asanlaşması;
  • proses və idarəetmədə səhvlərin azalması;
  • xəstələrin inam və etibarının artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.