

İNCERT MMC audit, sertifikatlaşdırma, inspeksiya və təlim üzrə peşəkar xidmətlərin təşkili və göstərilməsi məqsədilə yaradılmış Azərbaycan şirkətdir.
İNCERT hazırda IAF (İnternational Accreditation Forum), EA (European co-operation for Accreditation) və APAC (Asia Pacific Accreditation Cooperation) kimi beynəlxalq təşkilatların üzvü olan DAKKS, İAS, TURKAK və digər beynəlxalq səviyyədə tanınan akkreditasiya qurumlarında akkreditasiya olunmuş təşkilatların Azərbaycan üzrə təmsilçisi olaraq fəaliyyət göstərir.
İNCERT özünün böyük təcrübəyə malik yerli və xarici mütəxəssisləri ilə yerli və qlobal iqtisadiyyatın dəyişən tələblərinə uyğun peşəkar xidmətlər göstərir.
Vizyon
Sertifikatlaşdırma sahəsində Azərbaycanın brendi olmaq
Missiya
Sürətli və peşəkar həllər təqdim etməklə etibarlı və davamlı tərəfdaş olmaq
SÜRƏT - Göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixitisaslaşmış bir çox təşkilat üzərindən fəaliyyətlərimizi həyata keçiririk.
PEŞƏKAR KOMANDA – Yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
ETİBARLI və DAVAMLI TƏRƏFDAŞLIQ - müştərilərimizin bizi başqalarına tövsiyə edəcək səviyyədə fəaliyyətlər silsiləsinin həyata keçirilməsi siyasətimizin əsasını təşkil edir. Bunun nəticəsidir ki, Ölkəmizdə 120-dən artıq müəssisə və şirkətlərə xidmət göstərmişik və çalışdığımız müştərilərlə uzun müddətli əməkdaşlıqlarımız davam etməkdədir.
Dəyərlərimiz
Etibarlılıq
Fəaliyyətimizlə əlaqəli bütün məsələlərin həllində müştərilərin yanında olmaq və lazımı dəstək göstərmək.
Peşəkarlıq
Fəaliyyətimizi həyata keçirərkən ən yüksək standartları etik normaları rəhbər tutmaq.
Dürüstlük
Üzərimizə düşən bütün öhdəlikləri dəqiq və doğru həyata keçirmək.
Bizim üstünlüklərimiz
- Peşəkar, yerli və xarici mütəxəssislər heyətinə sahibik
- Beynəlxalq səviyyədə tanınmış nüfuzlu akkreditasiya qurumlarından təsdiqli sertifikatlarla təmin edirik
- Bir neçə beynəlxalq sertifikatlaşdırma qurumlarının Azərbaycan üzrə təmsilçisiyik
- Bazarın aparıcı şirkətlərinə xidmət göstəririk
- Xidmətlərimizi qısa müddətdə və sürətli bir şəkildə icra edirik
- Müştərilərimizə daimi dəstək veririk
Bizimlə əməkdaşlıqdan sizin əldə edəcəkləriniz
- Yüksək kvalifikasiyalı və böyük təcrübəyə malik auditorlarımız tərəfindən müəssisənizin fəaliyyətinə dəyər qatacaq audit və azərbaycan dilində detallı hesabatın hazırlanması və təqdim edilməsi
- Fəaliyyətimizlə bağlı sorğuların tez bir zamanda cavablandırılması, məsələlərin operativ həlli və müvafiq tövsiyələrin verilməsı
- Müvafiq resurslarla təmin olunma (Azərbaycan dilində standartlar metodiki vəsaitlər və.s)
- Nüfuzlu akkrreditasiya qurumlarından təsdiqli sertifikatların (Almaniya, İsveçrə, ABŞ, Türkiyə) verilməsi
- Sürətli, effektiv və qısa müddətdə işlərin yerinə yetirilməsi
- Ödənişsiz təlim və seminarların verilməsi
- İxrac potensialının və xarici bazarlara çıxış imkanın artması
- Rəqabətqabiliyyətliliyin artması
- Müştərilərin inam və etibarının artması
- Tenderlərdə iştirak və rəqabət üstünlüyü əldə etmə imkanı
- Sertifikatlaşdırma qərarı verildikdən sonra qısa müddət ərzində sertifikatın əldə edilməsi
- Optimal qiymət