HACCP

HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri)

HACCP nədir?

 HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) qida zəncirinin bütün mərhələlərində təhlükə amillərinin sistemli şəkildə müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət sistemidir. Bu sistem istehsalın bütün mərhələlərində risklərin analizi və onlara nəzarət yolu ilə qida təhlükəsizliyi idarəetmə sisteminin işlənib hazırlanmasına və tətbiqinə imkan verir. HACCP nəzarət sistemi 7 əsas prinsip nəzərə alınmaqla işlənilir və tətbiq edilir.

HACCP-ın 7 prinsipi

  • Potensial təhlükələrin müəyyənləşdirilməsi və təhlil edilməsi.
  • Kritik nəzarət nöqtələrinin müəyyən olunması.
  • Kritik nöqtələrin monitorinqini təmin edə biləcək kritik hədlərin təyin olunması.
  • Müşahidə və təhlilin planlaşdırılması yolu ilə kritik nəzarət nöqtələri ilə bağlı monitorinq sisteminin tətbiqi.
  • Kritik nəzarət nöqtələri üçün düzəldici fəaliyyətlərin müəyyən edilməsi.
  • HACCP sisteminin effektiv işləməsini yoxlamaq üçün prosedurların işlənilməsi
  • Qeydlərin aparılması və bütün prosedurların sənədləşdirilməsi.
HACCP
HACCP

HACCP standartına görə sertifikatlaşdırma

HACCP sertifikatı müəssisədəki texnoloji proseslərin HACCP standartının tələblərinə tam uyğun olduğunu akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən təsdiqləyən sənəddir.

HACCP standartına görə qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi  və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

HACCP standartına görə qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə:

  • idarəetmənin səmərəliliyinin artması;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
  • qida təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən amillərə nəzarət edilməsinin asanlaşması;
  • biznes prosesin bütün mərhələlərində potensial təhlükələrin müəyyən edilməsi və vaxtında qarşısının alınması imkanlarının əldə edilməsi;
  • keyfiyyətli və təhlükəsiz məhsul istehsalçısı imicinin formalaşması;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.