

SEDEX (SMETA)
SEDEX (SMETA) nədir?
SEDEX qlobal tədarük zəncirində etik normalara riayət etməklə məsuliyyətli biznesin aparılmasi üzrə yaxşılaşdırmanın təmin edilməsi üçün istehlakçılar və təchizatçılarla işləyən müəssislərin üzvlüyünə əsaslanan qeyri-kommersiya təşkilatıdır.
SEDEX-in əsas məqsədi SMETA metodologiyasına uyğun olaraq, sosial və etik məsuliyyətlə bağlı təşkilatlar arasında tədarük zənciri çərçivəsində aparılan auditlər barədə məlumat mübadiləsinə nail olmaq məqsədilə açıq bir məlumat bazası yaratmaqdır.
SMETA davranış qaydalarını və ya sertifikatlaşdırma prosesini nəzərdə tutmur, lakin bununla yanaşı etik auditin aparılmasında ən yaxşı təcrübələri özündə birləşdirən proseduru təsvir edir.
Hal-hazırda dünyada on minlərlə şirkət, sağlamlıq və təhlükəsizlik, ətraf mühit, əmək hüququ və etik davranışları idarə etmək üçün təchizatçıların etik məlumatlarının mübadiləsi sistemindən - Sedex-dən istifadə edir.
SEDEX (SMETA) üzrə audit
SEDEX (SMETA) üzrə audit müəssisənin əmək şəraiti, sağlamlıq və təhlükəsizlik, ətraf mühit və işgüzar reputasiya kimi fəaliyyət sahələrinin müəyyən olunmuş tələblərə uyğunluğunun yoxlanılmasıdır. Bu yoxlamanın nəticəsi olaraq hesabat hazırlanır ki, həmin hesabatda müəssisənin müəyyən olunmuş müddətdə yerinə yetirəcəyi düzəldici fəaliyyətlər göstərilir.
SEDEX (SMETA) üzrə audit müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?
SEDEX (SMETA) üzrə audit müəssisəyə:
- idarəetmənin səmərəliliyinin artması;
- fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
- işçilərin sağlamlıqları və ətraf mühitlə bağlı sistemli yanaşmanın tətbiq edilməsi;
- təchizat zəncirində bu və ya digər vəziyyətlərdə baş verə biləcək risklərin qiymətləndirilməsi və azaldılması;
- ümumi təchizat zəncirində təchizatçılarla münasibətlərin yaxşılaşdırılması;
- fəaliyyətin sosial aspektində davamlı yaxşılaşdırmanın tətbiq edilməsi kimi fayda və üstünlükləri təmin edir.
İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər
İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
İNCERT şirkətini seçməklə Siz:
- Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
- Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
- Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
- Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
- Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
- Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.