EN 1090

EN 1090 standartı

EN 1090 standartı nədir?

EN 1090  polad konstruksiyalarda istifadə olunan polad və alüminium komponentlərinin uyğunlugunu qiymətləndirmək üçün işlənib hazırlanmış Avropa standartıdir. Bu standarta görə konstruksiyaların (məmulatların) tərkibinə daxil olan  komponentlər müxtəlif texnologiyalar (soyuq stamplama, isti yayma ve müxtəlif profillər üzrə) əsasında istehsal oluna bilər. EN 1090-1 2012-ci ildən etibarən  Avropa Birliyinə daxil olan ölkələrdə məmulatların üzərinə CE işarəsi (CE Mark) vurulmasını tələb edir.

EN 1090  standartı üç hissədən ibarətdir:

  • EN 1090-1: Struktur komponentlərinin (CE Mark) uyğunluğunun qiymətləndirilməsinə dair tələblər;
  • EN 1090-2: Polad konstruksiyalar üçün texniki tələblər;
  • EN 1090-3:  Alüminium konstruksiyalar üçün texniki tələblər.
  • Standart konstruksiyaların layihələndirilməsi prosesi, yoxlama prosedurları və komponentlərin spesifikasiyalara uyğunluğunun qeydiyyatı, sınaqların planları, məhsulların qiymətləndirilməsi, uyğunsuzluqlara baxılması prosedurları, avadanlıq və personal da daxil olmaqla  bütövlükdə istehsala nəzarət sisteminin həyata keçirilməsinə dair tələblər müəyyən edir

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.