

Koşer standartları
Koşer (və yaxud qədim sefard dilində kaşer ) ibranicədən təcrümədə “yararlı” mənasını ifadə edir. Koşer yemək və istifadəsinə yəhudi inancına görə icazə verilən məhsullardır. Bunları təyin edən qaydalara Kəşrut və ya Kəşrut qaydaları deyilir. Kəşrut qaydalarının mənbəyi Tövrat mətnlərindəki əmrlərdir.
Yəhudi dini qaydalarına və Koşer standartlarının tələblərinə görə müəssisələrdə məhsulların istehsalı prosesinə ruhanilər nəzarət edir və Kəşrut qaydalarına uyğun məhsul istehsal edən müəssisələrə Koşer sertifikatı verilir.
Koşer standartlarına görə sertifikatlaşdırma
Koşer standartlarına görə sertifikatlaşdırma bir qayda olaraq istehsalın texnoloji prosesinin, məhsulun və onun inqrediyentlərinin tərkibinin, temperatur şəraitinin, material və avadanlıqların yoxlanılaraq təsdiq edilməsi prosesidir. Koşer sertifikatlaşma prosesindən keçən məhsullar istehlakçılar üçün etibarlı və təhlükəsiz məhsullar hesab olunur.
Koşer standartlarına sertifikatlaşdırma müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?
Koşer standartlarına görə sertifikatlaşdırma müəssisəyə:
- istehsal olunan məhsula istehlakçıların etibarının artması;
- məhsulların rəqabət qabiliyyətinin artması
- məhsullara, qatqı maddələrinə, onların hazırlanma və istifadə üsullarına, təmizlik və sağlamlıq şərtlərinə tam təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilməsi;
- məhsulların xarici bazarlara ixrac etmə imkanının artması kimi fayda və üstünlükləri təmin edir.
İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər
İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
İNCERT şirkətini seçməklə Siz:
- Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
- Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
- Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
- Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
- Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
- Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.