ISO 3834-1:2005

ISO 3834-1:2005. Metal materialların qaynaq üsulu ilə əridilməsinin keyfiyyətinə olan tələblər

ISO 3834 standartı nədir?

ISO 3834 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən qaynaq işlərini həyata keçirən müəssisələr üçün müvafiq keyfiyyət tələblərini müəyyən etmək məqsədi ilə hazırlanmış standartdır.

ISO 3834 standartı yalnız qaynaq və onunla bağlı əməliyyatların təsirinə məruz qalmış məhsulların keyfiyyətinə aid olub, əsas qaydaları həm müəssisədə, həm də müvafiq yerlərdə həyata keçirilən qaynaq fəaliyyəti üçün keyfiyyət tələblərini və müəssisənin qaynaq işlərini yerinə yetirmə qabiliyyətinin müəyyən edilməsinə dair rəhbərliyi təmin edir. Standart qaynaq işlərini həyata keçirən müəssisələrin keyfiyyət sistemlərinin qiymətləndirilməsi üçün istifadə edilir.

Qaynaq işlərini həyata keçirən müəssisələr üçün nəzarət layihələndirmə mərhələsindən başlayaraq:

  • materialların seçilməsi;
  • qaynaq işlərini koordinasiya edən personalın təlimi;
  • işləyən qaynaqçıların sertifikatlaşdırılması;
  • qaynaq metodlarının  müəyyən edilməsi;
  • qaynaq işlərinin yerinə yetirilməsi;

təxribatlı və/və ya təxribatsız sınaq metodlarının istifadə edilməsi ilə nəticələnir.

ISO 3834 standartının tətbiqi qaynaq üzrə fəaliyyətləri həyata keçirən müəssisələrdə qaynaq işlərinin nəzarət olunan qaydalar əsasında davamlılığının təmin edilməsinə zəmanət verir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.