ISO 22000:2018

ISO 22000:2018. "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər"

ISO 22000:2018 standartı nədir?

ISO 22000:2018 beynəlxalq standartı qida zəncirində iştirak edən bütün təşkilatlara qidanın istehlakı zamanı onun təhlükəsiz olmasını təmin etmək və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək qabiliyyətini nümayiş etdirmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə aid tələbləri müəyyən edir. Qida təhlükəsizliyi idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş bir sıra elementləri özündə əks etdirir. Bu elementlərə aşağıdakılar aiddir:

  • interaktiv informasiya mübadiləsi;
  • idarəetmə sistemi;
  • ilkin  şərtlər proqramı;
  • HACCP prinsipləri.

ISO 22000 standartının prinsipləri

ISO 22000 aşağıdakı prinsiplərə əsaslanır:

  • bioloji, kimyəvi və fiziki olaraq bütün potensial qida təhlükələrinin müəyyənləşdirilməsi;
  • xammal, anbarlar, istehsal prosesi, çatdırılma və istehlak mərhələlərində kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi;
  • kritik limitlərinin müəyyənləşdirilməsi;
  • kritik nəzarət nöqtələrinin monitorinqi;
  • düzəldici fəaliyyətlərin müəyyənləşdirilməsi;
  • qeydlərin aparılması;
  • sistemin müstəqil üçüncü tərəf vasitəsilə sistematik olaraq yoxlanılması
ISO 22000:2018
ISO 22000:2018

ISO 22000 standartına görə sertifikatlaşdırma

ISO 22000 sertifikatı müəssisənin idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq  ISO 22000 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO 22000 standartına görə qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

ISO 22000 standartına görə qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə:

  • idarəetmənin səmərəliliyinin artması;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
  • qida təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən amillərə nəzarət edilməsinin asanlaşması;
  • biznes prosesin bütün mərhələlərində potensial təhlükələrin müəyyən edilməsi və vaxtında qarşısının alınması imkanlarının əldə edilməsi;
  • ISO 9001 və HACCP ilə inteqrasiya olunma imkanının yaranması;
  • keyfiyyətli və təhlükəsiz məhsul istehsalçısı imicinin formalaşması;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.