IFS

IFS Beynəlxalq Qida Standartı

IFS Beynəlxalq Qida Standartı nədir?

IFS standartı qida məhsullarının istehsalçıları və tədarükçüləri üçün qida təhlükəsizliyi idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart Almaniya Pərakəndə Satıcılar Birliyi və Fransa Satış və Distribusiya Müəssisələri Federasiyası tərəfindən hazırlanıb. IFS standartı ISO 9001 və НАССР prinsipləri üzərində qurulub və qida məhsullarının istehsalı zamanı qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib.

IFS standartının tələbləri 5 istiqaməti əhatə edir:

  1. Keyfiyyəti idarəetmə sistemi (HACCP sistemi, keyfiyyət üzrə təlimat və s.).
  2. Rəhbərliyin məsuliyyəti (keyfiyyəti idarətetmə sisteminin yoxlanılması, istehsal və s.).
  3. Resursların idarə edilməsi (insan resursları, gigiyena və s.).
  4. İstehsal prosesləri (məhsulun işlənilməsi, istehsal avadanlıqları, izlənə bilmə və s.).
  5. Ölçmə, təhlil, yaxşılaşdırma (yoxlama və nəzarət vasitələri, məhsulun geri çağırılması və s.).
IFS
IFS
IFS
IFS

IFS standartına görə sertifikatlaşdırma

IFS sertifikatı müəssisənin idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq IFS standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

IFS standartına görə sertifikatlaşdırma aşağıdakı standartlar üzrə həyata keçirilir.

  • IFS Food (Qida məhsulu)
  • IFS Food 6.1
  • IFS Cash & Carry / Wholesale (Topdansatış ticarəti)
  • IFS HPC (Gündəlik tələbat malları və şəxsi gigiyena)
  • IFS IFS Global Markets Food (Qlobal bazarlar - qida məhsulları)
  • IFS Global Markets Logistics (Qlobal bazarlar - logistika)
  • IFS Logistics (Logistika)
  • IFS PACsecure (Qablaşdırma materiallarının təhlükəsizliyi )
  • IFS Broker (Broker)

IFS standartına görə qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

IFS standartına görə qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə:

  • qlobal təchizat zəncirinə daxil olan təşkilatlar tərəfindən tanınma;
  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
  • qida təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsinin asanlaşması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması;
  • xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz