GMP

GMP - Qabaqcıl İstehsal təcrübəsi

GMP nədir?

GMP tibbi təyinatlı məhsulların, o cümlədən dərman vasitələrinin, tibbi cihazların, diaqnostika üçün nəzərdə tutulan məmulatların, qida məhsullarının, qida əlavələrinin və aktiv inqrediyentlərin keyfiyyətli və təhlükəsiz istehsalına tələbləri müəyyən edən qaydalar və standartlar toplusudur.

GMP standartlarında:

  • bütün istehsal proseslərinin dəqiq reqlamentləşdirilməsi;
  • istehsalın validasiyası;
  • texnoloji reqlament və təlimatların işlənilməsi;
  • bütün istehsal mərhələlərinin və kənarlaşmaların qeydiyyatı;
  • müəssisədə özünü yoxlama;
  • hazır məhsulun qeydiyyatı və saxlanılması qaydaları müəyyən edilib.

GMP standartına görə sertifikatlaşdırma

GMP sertifikatı müəssisədəki istehsal prosesinin, həmçinin buraxılan məhsulların keyfiyyətinin GMP standartlarının tələblərinə uyğunluğunu təsdiqləyən sənəddir.

GMP standartına görə idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

GMP standartına görə sertifikatlaşdırma müəssisəyə:

  • istehsal olunan məhsulun keyfiyyətinin yüksəlməsi;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • proseslərin optimallaşdırılması hesabına xərclərə qənaət olunması;
  • bütün proseslərinin davamlı olaraq yaxşılaşdırılması imkanlarının yaranması;
  • müştərilərin istehsal olunan məhsula olan etibarının artması;
  • xarici bazarlara çıxış imkanlarının genişlənməsi;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.