

BRCGS Qlobal Standartları
BRCGS qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması və saxlanılmasına tələbləri müəyyən edən beynəlxalq standartlar seriyasıdır. Bu standartlar Britaniya pərakəndə satış müəssisələrinin konsorsiumu BRC (British Retail Consortium) tərəfindən qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə kömək etmək məqsədilə 1998 -ci ildə işlənib.
BRCGS Qlobal Standartları HACCP prinsiplərinə əsaslanaraq qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair kompleks tələblər müəyyən edir və məhsulun bütün təchizat zəncirində (istehsal, qablaşdırma, saxlama və son istehlakçıya çatdırma) müvafiq şəkildə fəaliyyətinin təmin edilməsinə yönəlib.
BRC standartları aşağıdakılardır:
BRCGS - Agents and Brokers – Agentlər və Brokerlər üçün Qlobal Standart
BRCGS - Consumer Products Standard - İstehlak Malları üçün Qlobal Standart
BRCGS - Ethical Trade & Responsible Sourcing – Etik Ticarət və Məsuliyyətli Təchizatçıların Axtarışı üçün Qlobal Standart
BRCGS - Food Safety Standard - Qida Təhlükəsizliyi üçün Qlobal Standart
BRCGS - Packaging and Packaging Materials Standard - Qablaşdırma və Qablaşdırma Materialları üçün Qlobal Standart
BRCGS - Plant-Based Global Standard – Bitki Əsaslı Məhsullar üçün Qlobal Standart
BRCGS - The Global Standard for Retail – Pərakəndə Ticarət üçün Qlobal Standart
BRCGS - Storage and Distribution Standard - Məhsulun Anbarlanması və Paylanması üçün Qlobal Standart
BRCGS standartına görə sertifikatlaşdırma
BRCGS sertifikatı müəssisənin idarəetmə sisteminin, istehsal etdiyi məhsulların keyfiyyətinin və təhlükəsizliyinin BRC standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.
BRCGS standartına görə qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?
BRCGS standartına görə qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə:
- dünya təchizat zəncirinə daxil olan təşkilatlar tərəfindən tanınma;
- texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
- qida təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsi;
- qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsinin asanlaşması;
- keyfiyyətli və təhlükəsiz məhsul istehsalçısı imicinin formalaşması
- biznes prosesin bütün mərhələlərində potensial təhlükələrin müəyyən edilməsi və vaxtında qarşısının alınması imkanlarının əldə edilməsi;
- xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.
- bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.
İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər
İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
İNCERT şirkətini seçməklə Siz:
- Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
- Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
- Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
- Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
- Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
- Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.