AzInTelecom ISO 27001, ISO 22301 və ISO 20000 sertifikatlarına layiq görülüb
Azərbaycanın aparıcı telekommunikasiya provayderlərindən biri olan AzInTelekom ISO 27001, ISO 22301 və ISO 20000 beynəlxalq sertifikatlarına layiq görülüb.
Qeyd olunan sertifikatlar CFE Certification şirkətinin nümayəndəsi Ömer Kılınç və həmin şirkətin Azərbaycandakı təmsilçisi İNCERT şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib. Azərbaycanın aparıcı telekommunikasiya provayderlərindən biri olan AzIn Telekom ISO 27001, ISO 22301 və ISO 20000 beynəlxalq sertifikatlarına layiq görülüb. Qeyd olunan sertifikatlar CFE Certification şirkətinin nümayəndəsi Ömer Kılınç və həmin şirkətin Azərbaycandakı təmsilçisi İNCERT şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzinTelecom” MMC geniş spektri əhatə edən xidmətlər göstərir.
Şirkət rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. “AzinTelecom” MMC (Azerbaijan International Telecom) şirkət strategiyasını müasir rəqəmsal həllər təklif edərək müştərilərin ehtiyaclarını qarşılamaq üzərində qurub. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar, kibertəhlükəsizlik həlləri, IT konsultasiya və monitorinq xidmətləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə AzinTelecom, müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində ən müasir texnologiyaları təqdim etməklə, iş dünyasında innovasiyalara liderlik edir.