Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)  ISO 21001 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ISO 21001 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)  ISO 21001:2018 Təhsil təşkilatları - Təhsil təşkilatları üçün idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik beynəlxalq standartı üzrə sertifikata layiq görülüb. Bununla əlaqədar olaraq aprelin 10-da

Tədbirdə Aqraru Universitetin rektoru Zəfər Qurbanov çıxış edərək qonaqları salamlayıb. Rektor universitetin fəaliyyətindən, görülən işlərdən danışıb. Daha sonra çıxış üçün söz “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzluya verilib. Assosiasiya sədri ISO 21001:2018 standartının tətbiqi, əhəmiyyəti, Ali təhsil müəssisələri üçün onun faydalarından danışıb və ADAU-nu bu nüfuzlu beynəlxalq sertifikata layiq görülməsi münasinətilə tədrik edib.

Tədbirdə Universitetin Keyfiyyət Təminati və Strateji İnkişaf Şöbəsinin müdiri çıxış edərək ADAU-da ISO 21001:2018 standartının tətbiqi, gələcəkdəki hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.
Təqdimat mərasimində sertifikatlaşdırma qurumu adından “İNCERT” şirkətinin rəhbəri Şamo Muradov çıxış edib. O, çıxışı zamanı ISO 21001 standartı üzrə keçirilən audit və sertifikatlaşdırma prosesindən danışıb və universitetin idarəetmə sisteminin adı keçən standartın tələblərinə tam cavab verdiyini bildirib və bu münasibətlə Universitet və onun kollektivini təbrik edib.
Tədbirin sonunda ISO 21001 standartı üzrə beynəlxalq sertifikat ADAU rəhbərliyinə təqdim edilib.