İNCERT şirkəti tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupunda “Məhsulların izlənilməsi, geri çağırılması və geri çəkilməsi” mövzusunda seminar keçirilib
“Veysəloğlu” Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində İNCERT şirkəti tərəfindən Şirkətlər Qrupunun əməkdaşları üçün “Məhsulların izlənilməsi, geri çağırılması və geri çəkilməsi”mövzusunda seminar keçirilib.
Seminar zamanı iştirakçılara qida təhlükəsizliyi, milli qanunvericiliyə görə qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlarda (ISO 22000, BRCGS v9, IFS v8 və sairə) izlənə bilmə, geri çağırma və geri çəkmə ilə bağlı tələblər, məhsulun tədarük zənciri üzrə izlənilməsinin əhəmiyyəti və sairə məsələlər barədə geniş məlumat verilib və iştirakçıların sualları praktiki nümunələr təqdim etməklə cavablandırılıb.