“AS MOTORS” MMC-də ISO 9001:2015 beynəlxalq standartı üzrə audit keçirilib
14-15 iyul 2025-ci il tarixlərində INCERT sertifikatlaşdırma şirkəti tərəfindən “AS MOTORS” MMC-də ISO 9001:2015 beynəlxalq standartı üzrə audit keçirilib.
Audit zamanı AS MOTORS şirkətinin ISO 9001 Keyfiyyəti idarəetmə sistemi standartının tələblərinə uyğunluğu, daxili qayda və prosedurlar, onların tətbiqi, sənədlərin idarə olunması ilə bağlı vəziyyət yoxlanılıb, həmçinin qeyd olunan məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, AS MOTORS MMC Azərbaycanda əsasən, avtomobil, sənaye və dəniz sektorları üçün müxtəlif növ sürtkü materialları, işçi mayeləri, filtrlər, akkumulyatorlar, təkərlər və ehtiyat hissələrinin idxalı, satışı və distribyutorluğu, həmçinin cari və əsaslı təmir texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşmış olub müştərilərinə beynəlxalq səviyyəli məhsullar təqdim edir. Şirkət Alpine Oil (Almaniya), Mecafilter (Fransa), “ALCO Filters (Kipr), Bardahl (Belçika/ABŞ mənşəli), Mitanoil və AdBlue (Avro-6 dizel avtomobilləri üçün) markalarının Azərbaycandakı rəsmi distribyutorudur. Məhsul çeşidinə mühərrik və transmissiya yağları, antifriz və digər mayelər (Mitanol, Bardahl, Alpine), əyləc mayesi, qatqılar, Adblue və sairə daxildir. AS Motors eyni zamanda yerli avtoservis kimi tanınır və texniki xidmətə də diqqət yetirir. Şirkətin keyfiyyət siyasəti yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim edərək müştəri məmnuniyyətinin təmin olunması ilə avtomobil, yük maşınları, ağır texnikalar və dəniz sənayesində etibarlı tərəfdaş statusunun möhkəmləndirilməsinə yönəlib.