Azərbaycan Texniki Universitetində (AzTU) ISO 21001 beynəlxalq standartı üzrə sertifikatlaşdırma auditi keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) İNCERT şirkəti tərəfindən ISO 21001 beynəlxalq standartı üzrə sertifikatlaşdırma auditi keçirilib.
Audit çərçivəsində keçirilən bağlanış toplantısında universitetin rektoru Vilayət Vəliyev və digər məsul şəxslər iştirak etmişlər. Audit zamanı Universitetin beynəlxalq ISO 21001 standartının tələblərinə uyğunluğu, daxili qayda və prosedurlar, onların tətbiqi, sənədlərin idarə olunması ilə bağlı vəziyyət yoxlanılıb. Audit yoxlaması AzTU-nun fəaliyyətinin adıkeçən standartların tələblərinə tam cavab verdiyi təsdiqlənib.
Qeyd edək ki, ISO 21001təhsil təşkilatlarının idarəetmə sisteminə spesifik tələbləri müəyyən edən beynəlxalq statuslu standartdır. Bu standartda təhsil təşkilatlarında proseslərin yaxşılaşdırılmasını və “müştərilərin” ehtiyac və gözləntilərinin təmin edilməsini hədəfləyən üçün ümumi bir idarəetmə aləti təqdim edilir. Standart təhsil müəssisələrinə həyata keçirdikləri fəaliyyətləri öz missiya və vizionlarına səmərəli şəkildə uyğunlaşdırmağa kömək etmək məqsədi daşıyır. ISO 21001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 21001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir. Bu sertitikat təşkilata təhsil xidmətlərinin keyfiyyətini yüksəltməyə, idarəetmənin səmərəliliyini artırmağa, hamı üçün inklüziv və keyfiyyətli təhsil, öz-özünə öyrənmə və ömür boyu öyrənməni təşviq etməyə, müvafiq proses və qiymətləndirmə alətlərinin tətbiq etməyə imkan verir.