Milli Observatoriyada ISO 30401 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb

Milli Observatoriyada ISO 30401 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ISO 30401 beynəlxalq standartının tətbiqi üzrə bütün mərhələləri uğurla keçib.

Dünyanın nüfüzlu sertifikatlaşdırma qurumlarından olan STAREGİSTER – in Azərbaycan təmsilcisi  INCERT şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş sertifikatlaşdırma auditi zamanı Milli Observatoriyanın, adı keçən standartların tələblərinə uyğunluğu və adekvatlığı, sənədləşdirmə sistemi, personalın hazırlıq səviyyəsi və sairə işlər yoxlanılıb. Auditin nəticəsi olaraq görülən işlər yüksək qiymətləndirilib və qurumun fəaliyyətinin sözügedən standartın tələblərinə cavab verdiyi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR