“Ləzzət Broyler” MMC-də HALAL standartlar üzrə serifikatlaşdırma auditi keçirilib

“Ləzzət Broyler” MMC-də HALAL standartlar üzrə serifikatlaşdırma auditi keçirilib

İNCERT şirkəti tərəfindən “Ləzzət Broyler” markası ilə məşhur olan “Ləzzət Broyler” MMC-də HALAL standartlar üzrə serifikatlaşdırma auditi keçirilib.

Audit zamanı INCERT şirkətinin mütəxəssisləri tərəfindən müəssisədə halal standartların tələbləri, sənədləşdirmə sistemi, personalın hazırlıq səviyyəsi və sairə işlər yoxlanılmışdır. Auditin nəticəsi olaraq görülən işlər yüksək qiymətləndirilmiş və müəssisənin müvafiq sertifikata layiq görülməsi uyğun hesab edilmişdir.

Qeyd edək ki, 2011-ci ildə yaradılmış “Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Hazırda müəssisədə mövcud bazar təlabatına uyğun olaraq toyuq əti tabaqda, toyuq əti poşetdə, sinə sümüklü, sinə sümüksüz, qanad, bütün bud sümüklü, bütün bud sümüksüz, bel tirəsi, kürək əti, doğranmış sinə əti, sinə əti şişdə, şorbalıq, mədəcik, ciyər ürək və qarışıq içalat kimi məhsullar istehsal edilir.

Davamlı şəkildə yeni texnologiyalara və insan resurslarına sərmayə qoyan “Ləzzət Broyler” hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır.

OXŞAR XƏBƏRLƏR