CN Poliqraf MMC-də FSC-CoC standartı üzrə sertifikatlaşdırma auditi keçirilib

CN Poliqraf MMC-də FSC-CoC standartı üzrə sertifikatlaşdırma auditi keçirilib

CN Poliqraf MMC FSC-CoC standartı üzrə bütün mərhələləri uğurla keçib.

INCERT şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş sertifikatlaşdırma auditi zamanı CN Poliqraf MMC-nin, adı keçən standartın tələblərinə uyğunluğu və adekvatlığı, sənədləşdirmə sistemi, personalın hazırlıq səviyyəsi və sairə işlər yoxlanılıb. Auditin nəticəsi olaraq görülən işlər yüksək qiymətləndirilib və qurumun fəaliyyətinin həmin standartın tələblərinə cavab verdiyi təsdiqlənib. 
Qeyd edək ki, FSC - Meşə İdarəetmə Şurası (Forest Stewardship Council) dünya meşələrinin məsuliyyətli idarə edilməsini təşviq etməyə həsr olunmuş beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1994-cü ildə qurulduğu gündən etibarən FSC dünyanın ən hörmətli və geniş yayılmış meşə sertifikatlaşdırma sisteminə çevrilmişdir.

FSC-nin qabaqcıl sertifikatlaşdırma sistemi müəssisələrə və istehlakçılara məsuliyyətli meşə təsərrüfatını dəstəkləyən materiallardan hazırlanmış ağac, kağız və digər meşə məhsullarını seçmək imkanı verir.

OXŞAR XƏBƏRLƏR