Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beynəlxalq sertifikatlara layiq görülüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beynəlxalq sertifikatlara layiq görülüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9001:2015 və ISO 37001:2016 standartları üzrə sertifikatlara layiq görülüb.

Beynəlxalq sertifikatlaşdırma orqanı “STAREGISTER”  və onun Azərbaycan təmsilçisi INCERT şirkəti tərəfindən AQTA-da inteqrə olunmuş idarəetmə sisteminin auditinin nəticələrinə əsasən Agentliyin  ISO 9001:2015 və ISO 37001:2016 beynəlxalq standartlarının tələblərinə uyğunluğu təsdiq edilib. Bununla əlaqədar olaraq 18 mart 2025-ci il tarixində AQTA-da sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Agentliyin rəsmiləri və INCERT şirkətinin direktoru Şamo Muradov tərəfindən sertifikatlaşdırma prosesinin gedişatı, görülən işlərlə bağlı geniş məlumat verilib. Daha sonra AQTA-ya hər iki standart üzrə sertifikatlar təqdim olunub və Agentlik adından İNCERT şirkətinə təşəkkür edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beynəlxalq sertifikatlara layiq görülüb