

The Snack Company MMC-də FSSC 22000 üzrə nəzarət auditi keçirildi
Qəbələdə yerləşən müəssisə ölkənin ən təmiz və müasir qəlyanaltı istehsal edən zavodlarından biridir.
Qəbələdə yerləşən müəssisə ölkənin ən təmiz və müasir qəlyanaltı istehsal edən zavodlarından biridir. Son bir neçə ildə “Chipsim” məhsullarına fərdi qaydada yanaşılmaqla onlara yeni dadlar əlavə edilmiş, “İmpuls” və “Bağdan” kartof çipslərini kəşf etməklə ortfeli genişləndirilmişdir.
Müəssisədə FSCC 22000 standartı üzrə nəzarət auditi keçirilmişdir. Audit zamanı FSSC 22000 tələblərinə uyğun qurulmuş idarəetmə sisteminin tələbləri və eyni zamanda digər şöbə və bolmələrin işləkliyi yoxlanıldı. İstehsal prosesi, istehsalın FSSC-nin tələblərinə uyğun aparılması, daxil olan xammal və materialların keyfiyyəti, qida təhluksizliyinin idarə olunması, işçilərin qida təhlukəsizliyinin tələblərinə cavab verməsi, iş muhitinin qoyulan tələblərə cavab verməsi, məhsulların saxlanılması və s. ilə bağlı tələblərin yerinə yetirilməsi səviyyəsi gözdən keçirilmişdir.