Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beynəlxalq sertifikatlara layiq görülüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9001:2015 və ISO 37001:2016 standartları üzrə sertifikatlara layiq görülüb.
Beynəlxalq sertifikatlaşdırma orqanı “STAREGISTER” və onun Azərbaycan təmsilçisi INCERT şirkəti tərəfindən AQTA-da inteqrə olunmuş idarəetmə sisteminin auditinin nəticələrinə əsasən Agentliyin ISO 9001:2015 və ISO 37001:2016 beynəlxalq standartlarının tələblərinə uyğunluğu təsdiq edilib. Bununla əlaqədar olaraq 18 mart 2025-ci il tarixində AQTA-da sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Agentliyin rəsmiləri və INCERT şirkətinin direktoru Şamo Muradov tərəfindən sertifikatlaşdırma prosesinin gedişatı, görülən işlərlə bağlı geniş məlumat verilib. Daha sonra AQTA-ya hər iki standart üzrə sertifikatlar təqdim olunub və Agentlik adından İNCERT şirkətinə təşəkkür edilib.