TEXNOLAB şirkəti ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə sertifikatlara layiq görülüb.
İNCERT MMC Tərəfindən sertifikatlaşdırımış Texnolab şirkəti beynəlxalq səviyyədə qəbul olunmuş Almaniya Akkreditasiya Qurumu - DAKKS akkreditasiyalı ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə sertifikatlara layiq görülüb.
Qeyd edək ki, 2020-ci ilindən fəaliyyətə başlayan TexnoLab MMC elektronika sahəsində yeniliklər yaratmaq missiyası güdən texnologiya şirkətidir.
Fəaliyyətdə olduğu qısa zaman kəsiyində nüfuzlu firma və fabriklərlə əməkdaşlıq edən şirkət bu sahə üzrə innovativ işlər görməyə davam edir. “TexnoLab” dünya və ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edən sənaye sahəsində işlər həyata keçirir.
Beynəlxalq sertifikatların əldə edilməsi üçün İNCERT MMC - ni tərcih edən Texnolab şirkətinin rəhbərinə təşəkkür edirik.