Şirin MMC ISO 9001 standartı üzrə sertifikata layiq görülüb

Şirin MMC ISO 9001 standartı üzrə sertifikata layiq görülüb

Şirin MMC ISO 9001 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beyləxalq sertifikata layiq görülüb. Bununla əlaqədar olaraq dekabrın 10-da şirkətin ofisində təqdimat mərasimi keçirilib.

INCERT sertifikatlaşdırma şirkətinin Direktoru Şamo Muradov, Keyfiyyət Assosiasiyası İB-nin Sədri Samir Novruzlu, Şirin MMC-nin İdarəetmə sistemləri üzrə Direktor müavini Çinarə Məmmədova, Koroğlu MMC şirkətinin Direktor müavini Raminə Ağabəyova və şirkətin rəhbər işçiləri iştirak edib.

Çinarə Məmmədovanın sözlərinə görə, Şirin MMC-də 2015-ci ilin əvvəlindən keyfiyyəti idarəetmə sisteminin ISO 9001 standartının tələblərinə əsasən qurulması istiqamətində fəaliyyətlərə start verib. Keçən müddət ərzində bununla bağlı olaraq ciddi işlər görülmüş və şirkətin keyfiyyəti idarəetmə sistemi sözügedən standartın tələblərinə uyğun hala gətirilib. Azərbaycanda rəsmi nümayəndiliyi “INCERT CERTIFICATION” sertifikatlaşdırma şirkəti olan “First Quality Certification” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində Şirin MMC-nin keyfiyyəti idarəetmə sistemi sahəsində gördüyü işlər yüksək qiymətləndirilib.

Direktor müavininin sözlərinə görə, ISO 9001 standartına uyğun KİS-in qurulması təşkilatın fəaliyyətini bazarın tələblərinə, həmçinin müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir. “Bu baxımdan aldığımız sertifikat şirkətimizin dünya standartlarına uyğun çalışdığını təsdiq edən bir sənəddir” deyə Çinarə Məmmədova bildirib.