

Mobil Broker MMC-də ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartları üzrə sertifikatlaşdırma auditi keçirilmişdir.
Mobil Broker MMC gömruk brokeri, gömrük rəsmləşdirilməsi, bəyannamələr və s. xidmətləri göstərən Azərbaycan şirkətidir.
İncert MMC tərəfindən şirkətdə üç beynəlxalq standart üzrə sertifikatlaşdırma auditi keçirilmişdir. Audit zamanı müəssisənin daxili və xarici kommunikasiya əlaqələri, keyfiyyətə nəzarət, xidmətlərin təşkil edilməsi, muştəri məmnuniyyəti, peşə sağlamlığı və təklukəsizliyi, yüklərin təhlükəsiz şəkildə müştərilərə təhvil verilməsi, eyni zamanda görülən işlər zamanı ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlər əsasında işlərin həyata keçirilməsinin təmin edilməsi müşahidə edildi.
Təşkilatın struktur bölmələri ilə görüş kecirilərək inteqrasiya edilmiş idarəetmə sistemi tələblərinə uyğun işlərin aparıldığı təsbit edildi.