INCERT sertifikatlaşdırma şirkəti tərəfindən Giltex MMC-də SEDEX (SMETA) standartı üzrə audit keçirilib

15-18 yanvar 2024 -cü il tarixlərində INCERT şirkəti tərəfindən Giltex MMC-də SEDEX (SMETA) standartı üzrə audit keçirilib. Audit zamanı Giltex şirkətində SEDEX standartınınn tələblərinə uyğunluq yoxlanılıb.

Xatırladaq ki, SEDEX standartının əsas məqsədi SMETA metodologiyasına uyğun olaraq, sosial və etik məsuliyyətlə bağlı təşkilatlar arasında tədarük zənciri çərçivəsində aparılan auditlər barədə məlumat mübadiləsinə nail olmaq məqsədilə açıq bir məlumat bazası yaratmaqdır.

SMETA davranış qaydalarını və ya sertifikatlaşdırma prosesini nəzərdə tutmur, lakin bununla yanaşı etik auditin aparılmasında ən yaxşı təcrübələri özündə birləşdirən proseduru təsvir edir.
Hal-hazırda dünyada on minlərlə şirkət, sağlamlıq və təhlükəsizlik, ətraf mühit, əmək hüququ və etik davranışları idarə etmək üçün  təchizatçıların etik məlumatlarının mübadiləsi sistemindən - Sedex-dən istifadə edir.

OXŞAR XƏBƏRLƏR