

Göygöl Rayon İcra Hakimiyyəti ölkəmizdə ISO 9001 və ISO 37001 beynəlxalq standartları üzrə idarəetmə sitemini quran və sertifikatlara layiq görülən ilk yerli icra hakimiyyəti qurumu oldu.
Göygöl Rayon İcra Hakimiyyətində görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, İcra hakimiyyəti Aparatının məsul şəxsləri iştirak ediblər.
İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əldə olunan nailiyyətlərdən danışaraq, Göygöl İcra Hakimiyyətinin fəaliyyətinin ISO 9001 və ISO 37001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə həyata keçirilən işləri qeyd edib. O, standartlara uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlərin yerinə yetirildiyini vurğulayıb. İcra başçısı qeyd olunan standartların tətbiqinin İcra hakimiyyətinin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli tövfə verəcəyini qeyd edib.
Tədbirdə Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu, ABŞ-nın “STAREGISTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi İNCERT şirkətinin rəhbəri Şamo Muradov çıxış ediblər. Çıxışçılar tərəfindən standartların tətbiqinin İcra hakimiyyətində səmərəli idarəetmə modelinin qurulması əsasında vətəndaşlara qayğı və diqqətin artırılması, bu sahədə davamlı nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin qarşısının alınması işlərində dəstək olacağı vurğulanıb.
Ümumiyyətlə götürsək, ISO 9001 standartının tətbiqi zamanı İcra Hakimiyyətinin yerli idarəetmə orqanına xas olan xüsusiyyətlərini nəzərə alan ISO 18091- “Keyfiyyət idarəetmə sistemləri - ISO 9001-in yerli idarəetmə orqanlarında tətbiqi üçün təlimatlar“ standartından istifadə edilib ki, bunu da yeni bir yanaşma kimi qeyd etmək olar.
Həmçinin standartların tətbiqinin vətəndaşla icra nümayəndələri arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşmalaşmasına, İcra Hakimiyyətinin gündəlik fəaliyyətlərinin həyata keçirilməsinə və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığını artırılmasına, müvafiq sahədə qanunvericiliyin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə, idarəetmədə müsbət dəyişikliklərə səbəb olacağı qeyd olunub.
Tədbirin sonunda ABŞ-nın “STAREGISTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi İNCERT şirkətinin rəhbəri Şamo Muradov tərəfindən Göygöl Rayon İcra Hakimiyyətinə ISO 9001:2015 – “Keyfiyyəti idarəetmə sistemləri” və ISO 37001:2016 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub.