Agroland QSC -də Global G.A.P. üzrə növbəti sertifikatlaşdırma auditi həyata keçirilmişdir.

Agroland QSC -də Global G.A.P. üzrə növbəti sertifikatlaşdırma auditi həyata keçirilmişdir.

Azərbaycanda tərəvəz məhsulları istehsal edən Agroland QSC 2017-ci ildə fəaliyyətə başlamış müəssisədir. Müəssisənin fəaliyyət istiqaməti əsasən kənd təsərrüfatı məhsullarının istixana üsulu ilə yetişdirilməsidir.

İstixana modern şəkildə yüksək keyfiyyətə və son texnologiyalara əsaslanaraq “İNTA”, “NETAFİM”, “HOOGENDOORN” sistemləri ilə təchiz olunub.  Hal-hazırda istixana 83.6 ha ərazini əhatə edir. Azərbaycanın ən böyük istixana kompleksidir. Şirkətin fəaliyyət göstərdiyi 263 hektarın 83.6 hektarında müasir tipli istixana sahələri salınıb. Kompleksdə 455 min tonluq ehtiyyat su anbarı, drenaj xətti, kübrə anbarları və elektrik yarım stansiya qurulub.
Müəsissədə müxtəlif pomidor və badımcan çeşidləri yetişdirilir, burada şitillərin tozlandırılması xüsusi işçi “BOMBUS” arıları vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək və təbii məhsuldarlıq əldə olunur.

Müəssisə ən populyar standartlardan biri olan GLOBAL G.A.P. standartına görə sertifikatlaşdırılmışdır.

Agroland QSC -də Global G.A.P. üzrə növbəti sertifikatlaşdırma auditi həyata keçirilmişdir.
Agroland QSC -də Global G.A.P. üzrə növbəti sertifikatlaşdırma auditi həyata keçirilmişdir.

OXŞAR XƏBƏRLƏR