GDP

GDP - Qabaqcıl Distribütor təcrübəsi

Qabaqcıl Distribütor təcrübəsi nədir?

GDP istehsalçıdan tutmuş topdansatış, pərakəndə satış,  saxlama və daşımaya qədər təchizat zəncirinin bütün mərhələlərində  tələb və qaydaları müəyyənləşdirən və dərman vasitələrinin keyfiyyətinə zəmanət verən keyfiyyətin təmin edilməsi sistemidir. Qlobal səviyyədə qəbul olunmuş GDP qaydalarına əsasən dərman vasitələrinin distribütorları öz fəaliyyətlərini bu standartın tələblərinə uyğunlaşdırmalıdırlar.

GDP-yə uyğunluğun sertifikatlaşdırılması

GDPsertifikatı müəssisənin fəaliyyətinin və idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən GDP standartının tələblərinə  tam uyğun olduğunu təsdiqləyən sənəddir.

GDP standartına görə idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

GDP standartına görə sertifikatlaşdırma müəssisəyə:

  • istehsal olunan məhsulun keyfiyyətinin yüksəlməsi;  
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • proseslərin optimallaşdırılması hesabına xərclərə qənaət olunması;
  • bütün proseslərinin davamlı olaraq yaxşılaşdırılması imkanlarının yaranması;
  • müştərilərin istehsal olunan məhsula olan etibarının artması;
  • xarici bazarlara çıxış imkanlarının genişlənməsi;
  • istehsal olunan dərman vasitələrinin AB ölkələrinə ixracı imkanlarının asanlaşması;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.