JCI 

JCI  standartları

JCI  standartları

JCI  standartları nədir?

JCI standartları tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin və xəstələrin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş standartlardır. JCİ standartlarında xəstələrin təhlükəsizliyi, tibbi yardımın əlçatanlığı və onun təkmilləşdirilməsi, xəstələrə göstərilən qulluğun qiymətləndirilməsi, dərman vasitələrindən istifadə  və s. dair tələblər müəyyən edilib. JCI standartları xəstənin xəstəxanaya daxil olduğu andan çıxanadək keçən müddəti, eyni zamanda sağalma müddətini əhatə edir.

JCI-ın qiymətləndirmə sistemi 197 əsas standartlara, 368 ümumi  standartlara və 1032 əlavə göstəricilərə əsaslanmaqla həyata keçiririlir.

JCI üzrə akkreditasiya

JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. Akkreditasiyanın əldə edilməsi üçün xəstəxana JCI tərəfindən tərtib edilən və dünyanın aparıcı mütəxəssisləri tərəfindən təsdiqlənmiş 1200-dən çox meyar və standartlar üzrə qiymətləndirilir.

JCI üzrə akkreditasiyanın təşkilata hansı fayda və üstünlükləri təmin edir?

  • göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi;
  • risklərin effektiv idarə edilməsi;
  • keyfiyyətə nəzarətin gücləndirilməsi;
  • xərclərin azalması;
  • yeni texnologiyaların, metodların, müasir avadanlıqların tətbiqinin stimullaşdırılması;
  • personalın iş şəraitinin yaxşılaşması;
  • göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq səviyyədə tanınması kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.