ISO 29993:2017

ISO 29993:2017. Formal təhsildən kənar tədris xidmətləri – Xidmət üzrə tələblər

ISO 29993:2017 standartı nədir?

ISO 29993: rəsmi təhsildən kənar təhsil xidmətləri üçün tələbləri müəyyən edən ümumi bir qlobal keyfiyyət standartıdır. Bu standart keyfiyyətli təhsilin həyata keçirilməsi üçün minimum beynəlxalq tələblərin təmin edilməsi yolu ilə bazarda şəffaflığı və inamı artırmaq məqsədilə hazırlanmışdır.

ISO 29993: 2017 formal təhsil sisteminin bir hissəsi kimi təhsil xidmətləri göstərən məktəblərdə, kolleclərdə və universitetlərdə tətbiq edilmək üçün nəzərdə tutulmayıb, lakin bununla yanaşı o,  özünü qiymətləndirmə aləti olaraq həmin müəssisələr üçün faydalı ola bilər.

 ISO 29993:2017 standartına görə sertifikatlaşdırma

ISO 29993 sertifikatı təşkilatın  idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq  ISO 9001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO 29993:2017 standartına görə sertifikatlaşdırma təşkilata hansı fayda və üstünlükləri təmin edir?

ISO 29993:2017 standartına görə sertifikatlaşdırm təşkilata:

  • reklam da daxil olmaqla təhsil alanlar şəxslərə təqdim olunan məlumat, təhlil və qiymətləndirmədən idarət  müxtəlif təhsil xidmətlərinin elementlərinin uzlaşdırılması yolu ilə təhsil xidmətlərinin effektivliyinin, səmərəliliyinin və şəffaflığının artırılması;
  • təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsi;
  • xidmət tədarükçüsünə inam və etibarın artması;
  • təhsil xidmətlərinin etibarlılığının və keyfiyyətinin nümayiş etdirilməsi

kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.