

ISO 21001: 2018. Təhsil təşkilatları. Təhsil təşkilatları üçün idarəetmə sistemləri. İstifadə üzrə rəhbərlik də daxil olmaqla tələblər
ISO 21001:2018 standartı nədir?
ISO 21001: 2018 təhsil təşkilatlarının idarəetmə sisteminə spesifik tələbləri müəyyən edən beynəlxalq statuslu standartdır. Bu standartda təhsil təşkilatlarında proseslərin yaxşılaşdırılmasını və “müştərilərin” ehtiyac və gözləntilərinin təmin edilməsini hədəfləyən üçün ümumi bir idarəetmə aləti təqdim edilir. Standart təhsil müəssisələrinin fəaliyyətlərini öz missiyaları və baxışları ilə səmərəli şəkildə uyğunlaşdırmasına kömək etmək məqsədi daşıyır.
ISO 21001 standartı uşaq bağçasından ali təhsil müəssisələrinə, peşə tədris mərkəzlərinə və elektron tədrisə qədər bütün növ təhsil müəssisələrində tətbiq edilə bilər.
ISO 21001: 2018 standartına görə sertifikatlaşdırma
ISO 21001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 21001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.
ISO 21001: 2018 standartına görə sertifikatlaşdırma təşkilata hansı fayda və üstünlükləri təmin edir?
ISO 21001: 2018 standartına görə sertifikatlaşdırma təşkilata:
- təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsi;
- idarəetmənin səmərəliliyinin artması
- təhsil missiyasının, vizionun, məqsədlərin və fəaliyyət planlarının daha yaxşı uyğunlaşdırılması;
- hər kəs üçün inklüziv və ədalətli keyfiyyətli təhsil, öz-özünə öyrənmə və ömür boyu öyrənmə imkanlarının təşviq edilməsi;
- effektivliyi və səmərəliliyi nümayiş etdirmək və artırmaq üçün ardıcıl proseslər və qiymətləndirmə alətlərinin əldə edilməsi
kimi fayda və üstünlükləri təmin edir.
İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər
İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və xarici mütəxəssislərdən formalaşmış komandamız Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.
İNCERT şirkətini seçməklə Siz:
- Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
- Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
- Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və daha uyğun şərtlərlə işləyəcəksiniz;
- Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
- Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
- Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.