ISO 15189:2003

ISO 15189:2003. Tibbi laboratoriyalar. Keyfiyyət və səriştəliliyə dair xüsusi tələblər

ISO 15189 standartı nədir?

ISO 15189 tibbi və kliniki laboratoriyaların keyfiyyət və səriştəliliyinə tələblər müəyyən edən beynəlxalq standartdır. Bu beynəlxalq standart tibbi laboratoriyalar tərəfindən keyfiyyət idarəetmə sistemlərinin işlənilməsi və öz səriştəliliklərinin qiymətləndirilməsi, habelə akkreditasiya orqanları tərəfindən tibbi laboratoriyaların səlahiyyətlərinin təsdiqlənməsi və ya tanınması zamanı istifadə etmək üçün nəzərdə tutulmuşdur.

ISO 15189 standartı ISO 17025 və ISO 9001 standartlarının əsas tələblərini özündə birləşdirir.

ISO 15189 standartına görə akkreditasiya

ISO 15189-a görə akkreditasiya  laboratoriya tərəfindən göstərilən xidmətlərin və yerinə yetirilən analiz nəticələrinin düzgünlüyünü və klinik diaqnostik sınaqların qeyd olunan standartın tələblərinə uyğunluq dərəcəsini müəyyənləşdirmək məqsədilə aparılır.

ISO 15189 standartına görə akkreditasiyanın təşkilat və müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

  • analiz nəticələrinin beynəlxalq səviyyədə tanınması;
  • səhvlərin minimum səviyyəyə endirilməsi;

fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması

  • rəqabətqabiliyyətliliyin artması;
  • göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsi kimi fayda və üstünlükləri təmin edir.

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.