-92-95-140

Texniki məsləhət

INCERT özünün təcrübəli mütəxəssislərdən (mühəndislər, texniki ekspert və auditorlar) ibarət heyətilə müəssisə və təşkilatlara texniki mövzularda peşəkar məsləhət xidmətləri təşkil edir və göstərir.

Biz texniki məsləhət üzrə fərqli yanaşma sistemini yaratmışıq və fəaliyyətimizi bu sistem çərçivəsində davamlı şəkildə icra edir və təkmilləşdiririk. Fəaliyyətimiz beynəlxalq standartların və müştərilərimizin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə əsaslanır və aşağıdakı istiqamətləri əhatə edir:

CE işarəsi ilə markalanma

  • Məhsulun AB-nin “yeni yanaşma” (New Approach) direktivinə və ya digər hər hansı direktivlərinə uyğunluğunun müəyyənləşdirilməsi
  • Məhsulun uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilmə prosedurunun (Conformity Assessment Proсеdures EC) müəyyənləşdirilməsi
  • Tədarük edilən məhsula münasibətdə mövcud olan harmonizə edilmiş Avropa standartlarının müəyyənləşdirilməsi
  • Tədarük edilən məhsulla bağlı AB ölkələrin milli qanunvericiliyinin tələblərinin (milli standartlar, qablaşdırma və markalanma ilə bağlı tələblər) öyrənilməsi
  • Məhsulun tətbiq olunan AB direktivlərinin (Directive EC) tələblərinə uyğunluğunun yoxlanılması (məhsul barədə məlumatlar, sınaq protokolları)
  • Tətbiq olunan direktivə əsasən rəsmi orqan (Notified Body) tərəfindən tədarük edilən məhsulun uyğunluğunun müstəqil qiymətləndirilməsinə olan ehtiyacın müəyyənləşdirilməsi
  • Müvafiq direktivlərin tələblərinə əsasən texniki sənədləşdirilmənin aparılması
  • Uyğunluq deklarasiyasının (Declaration of Conformity СЕ) və ona müvafiq dəlillərin hazırlanması

 API standartları

API standartları üzrə audit prosesinə hazırlıq çərçivəsində həm sistemin, həm də məhsulların adekvatlılığı mövzusunda məsləhət xidmətlərinin göstərilməsi

Qida məhsullarının istehsalı müəssisələrinin layihələrinin qida təhlükəsizliyinin təmin edilməsi baxımından ekspertizası

Bizim üstünlüklərimiz:

  • Peşəkar, yerli və xarici mütəxəssislər heyətinə sahibik
  • Beynəlxalq səviyyədə tanınmış nüfuzlu  akkreditasiya qurumlarından təsdiqli  sertifikatlarla təmin edirik
  • Bir neçə  beynəlxalq sertifikatlaşdırma qurumlarının Azərbaycan üzrə təmsilçisiyik
  • Bazarın aparıcı şirkətlərinə xidmət göstəririk.
  • Xidmətlərimizi qısa müddətdə və sürətli bir şəkildə icra edirik.
  • Müştərilərimizə daimi dəstək veririk.

Bizimlə əməkdaşlıqdan sizin əldə edəcəkləriniz:

  1. Yüksək kvalifikasiyalı və böyük təcrübəyə malik  auditorlarımız tərəfindən müəssisənizin fəaliyyətinə dəyər qatacaq  audit və azərbaycan dilində detallı hesabatın hazırlanması və təqdim edilməsi
  2. Fəaliyyətimizlə bağlı  sorğuların tez bir zamanda cavablandırılması,  məsələlərin operativ həlli və müvafiq tövsiyələrin verilməsı
  3. Müvafiq resurslarla təmin olunma (Azərbaycan dilində standartlar metodiki vəsaitlər və.s)
  4. Nüfuzlu akkrreditasiya qurumlarından təsdiqli sertifikatların (Almaniya, İsveçrə, ABŞ, Türkiyə) verilməsi
  5. Sürətli, effektiv və qısa müddətdə işlərin  yerinə yetirilməsi
  6. Ödənişsiz təlim və seminarların verilməsi
  7. İxrac potensialının və xarici bazarlara çıxış imkanın artması
  8. Rəqabətqabiliyyətliliyin artması
  9. Müştərilərin inam və etibarının artması
  10. Tenderlərdə iştirak və rəqabət üstünlüyü əldə etmə imkanı
  11. Sertifikatlaşdırma qərarı verildikdən sonra qısa müddət ərzində sertifikatın əldə edilməsi
  12. Optimal qiymət