-92-95

Audit xidməti

Audit– təşkilatın fəaliyyətinin, sistemin, prosesin, layihə və yaxud məhsulun müstəqil yoxlanılması prosedurudur.

Audit bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir.

İNCERT şirkəti olaraq aşağıda göstərilən audit xidmətlərini həyata keçiririk:

  • diaqnostik audit;
  • təchizatçıların qiymətləndirilməsi;
  • gigiyenik audit;
  • sertifikatlaşdırma auditi.

Diaqnostik audit – təşkilatın proses, məhsul, xidmətlərinin, infrastrukturunun, o cümlədən idarəetmə sisteminin vəziyyətinin müəyyən olunmuş meyarlara, milli qanunvericiliyin tələblərinə, həmçinin beynəlxalq  standartın (standartların) tələblərinə uyğunluğunun ilkin  və müstəqil qiymətləndirilməsi prosesidir.

Diaqnostik audit  eyni zamanda təşkilatın və onun idarəetmə sisteminin mövcud güclü və zəif tərəflərini qiymətləndirmək məqsədilə aparılır. Bu qiymətləndirmə təşkilatın idarə olunması, funksiyaların şəffaflığı, proseslərin səmərəliliyi və effektivliyi, həyata keçirilən əməliyyatların keyfiyyəti və idarəetmə sistemindəki hər bir işçinin məsuliyyət dərəcəsi barədə məlumat əldə etməyə imkan verir.

Diaqnostik auditin gedişində:

  • təşkilatın biznes-prosesləri təhlil olunur:
  • təşkilat tərəfindən işlənilmiş biznes-proseslər sxeminin keyfiyyəti təhlil olunur;
  • biznes - proseslərin modelləşdirilməsi üçün istifadə olunan vasitələrin effektivliyi təhlil olunur;
  • biznes - proseslər üzrə mövcud sənədlər təhlil olunur;
  • biznes - proseslərin idarə edilməsi və optimallaşdırılması,  eləcə də monitorinqi və təhlilinin mövcud vəziyyətinin qiymətləndirilməsi aparılır;
  • işçilərin səriştətlilik səviyyəsi təhlil olunur;

Diaqnostik auditin nəticəsi olaraq hesabat hazırlanır ki, bu hesabatda:

  • təşkilatın fəaliyyətinin və onun idarəetmə sisteminin milli qanunvericiliyin və beynəlxalq  standartın (standartların) tələblərinə uyğunluğu;
  • təşkilatın  mövcud idarəetmə sisteminin sənədlərinin vəziyyəti;
  • təşkilatın mövcud idarəetmə sisteminin sənədləşmə səviyyəsi və onun vəziyyəti;
  • təşkilatın fəaliyyəti və onun idarəetmə sistemi ilə bağlı aşkar olunmuş uyğunsuzluqlar

qeyd olunur.

 Hesabatda həmçinin təşkilatın fəaliyyətində həyata keçiriləcək düzəldici     fəaliyyətlər və bununla bağlı tövsiyələr təqdim olunur.

Təchizatçının qiymətləndirilməsi

Təchizatçıların qiymətləndirilməsi müştərinin öz təchizatçısının mövcud proses, məhsul və xidmətlərini,  həmçinin infrastruktur və idarəetmə sistemini müəyyən edilən tələblərə uyğunluğunu yoxlamaq məqsədilə apardığı bir prosesdir. Belə yoxlama zamanı auditin sifarişçisi yoxlanılan şəxsin özü deyil, onun müştərisidir.

Təchizatçının qiymətləndirilməsinin əsas məqsədi müştəriyə verilən zəmanətləri təsdiqləməkdir. Müştəri tədarükçünün məhsul tədarükü, işlərin yerinə yetirilməsi və ya xidmətlər göstərilməsi üzrə öhdəliklərini yerinə yetirə biləcəyinə əmin olmaq üçün öz təchizatçısının yoxlanmasını sifariş edir. Bu auditin nəticəsi sifarişçiyə təchizatçı ilə gələcək əməkdaşlığın risklərini qiymətləndirməyə imkan yaradır.

Təchizatçının qiymətləndirilməsi prosesinin gedişində:

  • təchizatçının idarəetmə sistemi yoxlanılır;
  • təchizatçının istehsal sistemi və məhsul istehsalının texnoloji prosesi yoxlanılır;
  • təchizatçının məhsul və xidmətlərinin keyfiyyəti yoxlanılır;
  • təchizatçının təchizat zənciri, mövcud idarəetmə sisteminin sənədləşmə səviyyəsi və onun vəziyyəti yoxlanılır.

Təchizatçının qiymətləndirilməsinin nəticəsi olaraq hesabat hazırlanır ki, bu hesabatda:

  • təchizatçının fəaliyyətinin və onun idarəetmə sisteminin milli qanunvericiliyin və beynəlxalq standartın (standartların) tələblərinə uyğunluğu;
  • təchizatçının  mövcud idarəetmə sisteminin sənədlərinin vəziyyəti;
  • təchizatçının məhsul və xidmətlərinin keyfiyyəti təchizatçının fəaliyyəti və  onun idarəetmə sistemi ilə bağlı aşkar olunmuş uyğunsuzluqlar;
  • təchizatçı risklərinin qiymətləndirilməsinin nəticələri qeyd olunur.

Gigiyenik audit

Gigiyenik audit təşkilatın  sanitar və gigiyenik norma və qaydalara, qanunvericiliyin tələblərinə uyğunlunun kompleks yoxlanılması prosesidir.

Gigiyenik audit prosesinin gedişində:

  • təşkilatın məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün istifadə etdiyi bina və obyektlərin sanitar-gigiyenik vəziyyəti qiymətləndirilir;
  • istehsal mərhələlərində və xidmətlərin göstərilməsi prosesində  təşkilatın sanitar- gigiyenik norma və qaydalara riayət edib-etmədiyi yoxlanılır;
  •  əməkdaşların reqlamentləşdirilmiş tibbi müayinədən  keçib-keçməmələri yoxlanılır;
  • əməkdaşlara sanitariya və gigiyena üzrə təlim keçirilir;
  • ehtiyac olduqda işlənilməsi, düzəldilməsi və ya aktuallaşdırılması zəruri olan sənədlərin (təlimat, prosedur, blok-sxem və s.) siyahısı tərtib olunur.

Gigiyenik auditin nəticəsi olaraq hesabat hazırlanır ki, bu hesabatda:

  • binaların, tikililərin, avadanlıqların sanitar -gigiyenik  norma və qaydalara uyğunluğu (uyğunsuzluğu);
  • istehsal sahələrində təmizlik və gigiyenanın vəziyyəti;
  • təşkilatda sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii

havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizə vəziyyəti;

  •  təşkilatda sanitariya və gigiyena tədbirlərinin görülməsi üçün zəruri olan

tədbirlər;

  • bərk və maye tullantıların idarə olunma vəziyyəti;
  • xammal və məhsulların qəbulu və saxlanılma şərtləri;
  •  işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunma vəziyyəti;
  • işçi heyət üçün tövsiyə olunan sanitar -gigiyenik təlimlər qeyd olunur.

Hesabatda həmçinin təşkilatın fəaliyyətində həyata keçiriləcək düzəldici fəaliyyətlər və bununla bağlı tövsiyələr təqdim olunur.

Sertifikatlaşdırma auditi

Sertifikatlaşdırma auditi -  təşkilatın fəaliyyətinin beynəlxalq standartın (standartların) tələblərinə uyğunluğunun  sertifikatlaşdırma orqanı tərəfindən obyektiv və müstəqil qiymətləndirilməsi prosesidir.

Sertifikatlaşdırma auditi 2 mərhələdə aparılır.

1-ci mərhələ - hazırlığın qiymətləndirilməsi. Bu mərhələdə təşkilatın təqdim etdiyi sənədlər əsasında onun idarəetmə sisteminin beynəlxalq standartın (standartların) tələblərinə  uyğunluğunun ilkin qiymətləndirilməsi həyata keçirilir və  auditin ikinci mərhələsinə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün işçi heyəti ilə müsahibə aparılır.

1-ci mərhələ (yerlərdə audit) - təşkilatın idarəetmə sisteminin nəzərdə tutulan nəticələrə nail olma   qabiliyyətinin qiymətləndirilməsi. Bu mərhələdə  təşkilatın  idarəetmə sisteminin  tətbiq oluna bilən standartın (standartların) bütün tələblərinə, həmçinin milli qanunvericiliyin və təşkilatın özünün müəyyən etdiyi  tələblərə  uyğunluğu qiymətləndirilir. 2-ci mərhələ auditi həm təşkilatın inzibati binalarında, həm də istehsal sahələrində aparılır. Əgər auditin nəticələri qənaətbəxş olarsa  və hesabatda göstərilmiş iradlar və uyğunsuzluqlar aradan qaldırılarsa, o halda sertifikatlaşdırma orqanı tərəfindən təşkilatın sertifikata layiq görülməsi barədə qərar verilə bilər.

Sertifikatlaşdırma auditinin gedişində:

  • təşkilatın  idarəetmə sisteminin tətbiq sahəsi yoxlanılır;
  • təşkilatın məhsul və ya xidmətlərinin keyfiyyəti yoxlanılır;
  • təşkilatın  idarəetmə sisteminin sənədləri təhlil edilir və qiymətləndirilir;
  • təşkilatın  idarəetmə sisteminin prosesləri nəzərdən keçirilir;
  • idarəetmə sisteminin yaxşılaşdırılması planına görə və  ya əvvəlki auditlərin nəticələri üzrə işlənib hazırlanmış yaxşılaşdırma fəaliyyətlərinin yerinə yetirilmə səviyyəsi yoxlanılır.

Sertifikatlaşdırma auditinin nəticəsi olaraq hesabat hazırlanır ki, bu hesabatda:

  • təşkilatın idarəetmə sisteminin effektivlik səviyyəsi, onun milli qanunvericiliyin və beynəlxalq  standartın (standartların) tələblərinə uyğunluğu (uyğunsuzluğu);
  • təşkilatın mövcud idarəetmə sisteminin sənədləşmə səviyyəsi;
  • rəhbərliyin öhdəliyi, siyasət və məqsədlərin yerinə yetirilmə səviyyəsi;
  • əvvəlki auditlərin nəticələri üzrə həyata keçirilən fəaliyyətlər;
  • rəhbərlik tərəfindən təhlil və davamlı yaxşılaşdırma üzrə fəaliyyətlər;
  • təşkilatın fəaliyyəti və onun idarəetmə sistemi ilə bağlı aşkar olunmuş uyğunsuzluqlar qeyd olunur.

Bizim üstünlüklərimiz:

  • Peşəkar, yerli və xarici mütəxəssislər heyətinə sahibik
  • Beynəlxalq səviyyədə tanınmış nüfuzlu  akkreditasiya qurumlarından təsdiqli  sertifikatlarla təmin edirik
  • Bir neçə  beynəlxalq sertifikatlaşdırma qurumlarının Azərbaycan üzrə təmsilçisiyik
  • Bazarın aparıcı şirkətlərinə xidmət göstəririk.
  • Xidmətlərimizi qısa müddətdə və sürətli bir şəkildə icra edirik.
  • Müştərilərimizə daimi dəstək veririk.

Bizimlə əməkdaşlıqdan sizin əldə edəcəkləriniz:

  1. Yüksək kvalifikasiyalı və böyük təcrübəyə malik  auditorlarımız tərəfindən müəssisənizin fəaliyyətinə dəyər qatacaq  audit və azərbaycan dilində detallı hesabatın hazırlanması və təqdim edilməsi
  2. Fəaliyyətimizlə bağlı  sorğuların tez bir zamanda cavablandırılması,  məsələlərin operativ həlli və müvafiq tövsiyələrin verilməsı
  3. Müvafiq resurslarla təmin olunma (Azərbaycan dilində standartlar metodiki vəsaitlər və.s)
  4. Nüfuzlu akkrreditasiya qurumlarından təsdiqli sertifikatların (Almaniya, İsveçrə, ABŞ, Türkiyə) verilməsi
  5. Sürətli, effektiv və qısa müddətdə işlərin  yerinə yetirilməsi
  6. Ödənişsiz təlim və seminarların verilməsi
  7. İxrac potensialının və xarici bazarlara çıxış imkanın artması
  8. Rəqabətqabiliyyətliliyin artması
  9. Müştərilərin inam və etibarının artması
  10. Tenderlərdə iştirak və rəqabət üstünlüyü əldə etmə imkanı
  11. Sertifikatlaşdırma qərarı verildikdən sonra qısa müddət ərzində sertifikatın əldə edilməsi
  12. Optimal qiymət