-92-93

Məhsulların sertifikatlaşdırılması

İstehsal və məhsulların sertifikatlaşdırılması həmin istehsal və məhsulların müvafiq standart və texniki spesifikasiyalara uyğunluğunun müxtəlif test və analiz metodlarından istifadə etməklə sertifikatlaşdırılması əməliyyatıdır.

INCERT şirkəti istehsal və məhsulların beynəlxalq, regional, milli və kommersiya standartlarına görə uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırılması üzrə peşəkar xidmətlərin göstərir.

INCERT şirkəti tərəfindən təklif olunan xidmətlər əsasən aşağıdakıları əhatə edir:

  • Məhsulların ISO, EN, DIN, BS, ASME, ASTM, GOST və digər standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması;
  • Məhsulların yuxarıda qeyd edilən standartlara əsasən test edilməsi/sınağının/analizinin təşkili və keçirilməsi.

Bizim üstünlüklərimiz:

  • Peşəkar, yerli və xarici mütəxəssislər heyətinə sahibik
  • Beynəlxalq səviyyədə tanınmış nüfuzlu  akkreditasiya qurumlarından təsdiqli  sertifikatlarla təmin edirik
  • Bir neçə  beynəlxalq sertifikatlaşdırma qurumlarının Azərbaycan üzrə təmsilçisiyik
  • Bazarın aparıcı şirkətlərinə xidmət göstəririk.
  • Xidmətlərimizi qısa müddətdə və sürətli bir şəkildə icra edirik.
  • Müştərilərimizə daimi dəstək veririk.

Bizimlə əməkdaşlıqdan sizin əldə edəcəkləriniz:

  1. Yüksək kvalifikasiyalı və böyük təcrübəyə malik  auditorlarımız tərəfindən müəssisənizin fəaliyyətinə dəyər qatacaq  audit və azərbaycan dilində detallı hesabatın hazırlanması və təqdim edilməsi
  2. Fəaliyyətimizlə bağlı  sorğuların tez bir zamanda cavablandırılması,  məsələlərin operativ həlli və müvafiq tövsiyələrin verilməsı
  3. Müvafiq resurslarla təmin olunma (Azərbaycan dilində standartlar metodiki vəsaitlər və.s)
  4. Nüfuzlu akkrreditasiya qurumlarından təsdiqli sertifikatların (Almaniya, İsveçrə, ABŞ, Türkiyə) verilməsi
  5. Sürətli, effektiv və qısa müddətdə işlərin  yerinə yetirilməsi
  6. Ödənişsiz təlim və seminarların verilməsi
  7. İxrac potensialının və xarici bazarlara çıxış imkanın artması
  8. Rəqabətqabiliyyətliliyin artması
  9. Müştərilərin inam və etibarının artması
  10. Tenderlərdə iştirak və rəqabət üstünlüyü əldə etmə imkanı
  11. Sertifikatlaşdırma qərarı verildikdən sonra qısa müddət ərzində sertifikatın əldə edilməsi
  12. Optimal qiymət