

İncert MMC tərəfindən Texnolab şirkətində ISO 9001, ISO 14001 və ISO 45001 üzrə nəzarət auditi keçirilib.
Audit zamanı şirkətin müvafiq fəaliyyət sahələri, onun keyfiyyət, ətraf mühit və peşə sağlamlığı üzrə idarəetmə sistemləri, təlimlərin idarə edilməsi, serviz mərkəzinin fəaliyyəti yoxlanılıb.
Bununla yanaşı risklər və təhlükələr, resursların və risklərin idarə edilməsi kimi məsələlərə diqqət yetirilib. Audit zamanı tullantıların idarə edilməsi, ətraf mühit aspektləri, daxili audit, kimyəvi maddələrin idarə edilməsi, geri qaytarılan məhsulların idarə edilməsi və utilizasiyası kimi fəaliyətlərin işləkliyi yoxlanılmışdır.