“Aqroland MMC”  də GLOBALG.A.P (Ver5.2)  standartı üzrə sertifikatlaşdırma auditi keçirilib

“Aqroland MMC”  də GLOBALG.A.P (Ver5.2)  standartı üzrə sertifikatlaşdırma auditi keçirilib

10 fevral 2021-ci il tarixində “INCERT” MMC-nin təşkilatçılığı ilə “Aqroland MMC -  GLOBALG.A.P (Ver5.2)  standartı üzrə sertifikatlaşdırma auditi keçirilib.

Audit zamanı sənədləşdirməyə olan tələblər, sahənin idarə edilməsi, rəhbərliyin məsuliyyəti və ona olan  tələblər, işçilərin sağlamlığı və təhlükəsizliyi, təlimlərin idarə olunması, təhlükə və ilkin yardım, qoruyucu paltar və avadanlıq, subpodratçılar, personalın vəzifə bölgüsü və peşəkarlığı, resursların idarə edilməsi, risklərin hesablanması, şikayətlərin idarə edilməsi, potensial təhlükəli məhsulların idarə edilməsi və geri çəkmə kimi məsələlərə diqqət yetirilib.

“Aqroland MMC”  də GLOBALG.A.P (Ver5.2)  standartı üzrə sertifikatlaşdırma auditi keçirilib
“Aqroland MMC”  də GLOBALG.A.P (Ver5.2)  standartı üzrə sertifikatlaşdırma auditi keçirilib
“Aqroland MMC”  də GLOBALG.A.P (Ver5.2)  standartı üzrə sertifikatlaşdırma auditi keçirilib

Daha sonra isə auditorlar tərəfindən şirkətin əsas hədəf və məqsədləri və onlara nail olma mexanizmi, planlaşdırma, sanitar-gigiyenik tələblər, HACCP-ın tələbləri, ətraf mühitin idarə edilməsi, daxili audit, izləmə və qeydlərin aparılması, qida təhlükəsizliyi ilə bağlı fəaliyyətlər, kimyəvi maddələrin idarə edilməsi, GMO, gübrələmə fəaliyyətlərinin idarə edilməsi, bitkilərin qorunması, yığım və yığım sonrası fəaliyyətlər, qablaşdırma və anbarlama,  markalanmaya  olan tələblər, fumiqasiya, uyğunsuz məhsul və xidmətlərin idarə edilməsi, qida saxtakarlığı və qidanın qorunması, allergenlərin idarə edilməsi fəaliyyətlərinə nəzarət həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR