ISO 14001:2015

ISO 14001:2015. Ətraf mühiti idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik

ISO 14001:2015 tandartı nədir?

ISO 14001: 2015 ətraf mühiti idarəetmə sisteminə tələblər müəyyən edən beynəlxalq standartdır. Bu standart ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və azaldılması məqsədilə müvafiq biznes- proseslərinin effektiv idarə olunması üçün tətbiq olunur. ISO 14001-in əsas ideyası ekoloji normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsi və davamlı yaxşılaşdırmanın həyata keçirilməsindən ibarətdir.

 ISO 14001:2015 standartına görə sertifikatlaşdırma

ISO 14001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən  beynəlxalq  ISO 14001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.

ISO 14001:2015
ISO 14001:2015

ISO 14001:2015 standartına görə ətraf mühiti idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə hansı fayda və üstünlükləri təmin edir?

ISO 14001:2015 standartına görə ətraf mühiti idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması təşkilat və müəssisəyə:

  • biznes proseslərin inteqrasiyasının yaxşılaşması;
  • idarəetmənin səmərəliliyinin artması;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
  • ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanın yaranması
  • risklərin effektiv idarə edilməsi;
  • səlahiyyətlərin düzgün bölgüsü və daxili əlaqə sisteminin qurulmasi;
  • tullantılara çəkilən xərclərin azalması;
  • müştərilər və sifarişçilər tərəfindən təşkilata olan inam və etibarın artması
  • tenderlərdə əlavə üstünlük əldə etmə imkanın yaranması;
  • bazarda rəqabət qabiliyyətinin artması kimi fayda və üstünlükləri təmin edir

İNCERT şirkətini seçməyinizin Sizə təmin edəcəyi fayda və üstünlüklər

İNCERT şirkəti olaraq Biz öz fəaliyyətimizdə ilk növbədə müştərimizin ehtiyac və gözləntilərini nəzərə alaraq, üzərimizə götürdüyümüz öhdəlikləri sürətli və peşəkar həllər təqdim etməklə  yerinə yetiririk. Biz göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixtisaslaşmış bir çox təşkilatla əməkdaşlıq edərək fəaliyyətimizi həyata keçiririk. Bizim yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız  Sizin fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

İNCERT şirkətini seçməklə Siz:

  • Qısa müddətdə sertifikatınızı (sertifikatlarınızı) əldə edəcəksiniz;
  • Sertifikatlaşdırma ilə bağlı yarana biləcək bütün suallarınıza operativ və hərtərəfli cavab alacaqsınız;
  • Əməkdaşlıq müddəti artdıqca xidmət qiymətlərində endirim əldə edəcək və  daha uyğun şərtlərlə işləyəcəksiniz;
  • Sertifikatda qeyd edilən tətbiq sahəsini istənilən vaxt və qısa müddətdə dəyişdirə bilmə imkanınız olacaq;
  • Eyni sertifikatı müxtəlif akkreditasiya qurumlarının təsdiqi ilə alma imkanınız olacaq;
  • Ödənişsiz təlim və seminarlarımızdan yararlana biləcəksiniz.