Ümumi məlumat

İNCERT MMC audit, sertifikatlaşdırma, inspeksiya və təlim üzrə peşəkar xidmətlərin təşkili və göstərilməsi məqsədilə yaradılmış Azərbaycan şirkətdir.

İNCERT hazırda IAF (İnternational Accreditation Forum), EA (European co-operation for Accreditation) və APAC (Asia Pacific Accreditation Cooperation) kimi beynəlxalq təşkilatların üzvü olan DAKKS, İAS, TURKAK və digər beynəlxalq səviyyədə tanınan akkreditasiya qurumlarında akkreditasiya olunmuş təşkilatların Azərbaycan üzrə təmsilçisi olaraq fəaliyyət göstərir.

İNCERT özünün böyük təcrübəyə malik yerli və xarici mütəxəssisləri ilə yerli və qlobal iqtisadiyyatın dəyişən tələblərinə uyğun peşəkar xidmətlər göstərir.

Vizyon

Sertifikatlaşdırma sahəsində Azərbaycanın brendi olmaq

Missiya

Sürətli və peşəkar həllər təqdim etməklə etibarlı və davamlı tərəfdaş olmaq

SÜRƏT - Göstərdiyimiz xidmətlərdə sürəti təmin etmək üçün  bir təmsilçi üzərindən deyil, müxtəlif istiqamətlərdə ixitisaslaşmış bir çox təşkilat üzərindən fəaliyyətlərimizi həyata keçiririk.

PEŞƏKAR KOMANDA – Yerli və  xarici mütəxəssislərdən formalaşmış komandamız fəaliyyətlərinizə dəyər qatacaq səriştəyə və təcrübəyə sahibdir.

 ETİBARLI və DAVAMLI TƏRƏFDAŞLIQ - müştərilərimizin bizi başqalarına tövsiyə edəcək səviyyədə fəaliyyətlər silsiləsinin həyata keçirilməsi siyasətimizin əsasını təşkil edir. Bunun nəticəsidir ki, Ölkəmizdə 120-dən artıq müəssisə və şirkətlərə xidmət göstərmişik və  çalışdığımız müştərilərlə uzun müddətli əməkdaşlıqlarımız davam etməkdədir.

Dəyərlərimiz

Etibarlılıq
Fəaliyyətimizlə əlaqəli  bütün məsələlərin həllində  müştərilərin yanında olmaq və lazımı dəstək göstərmək.

Peşəkarlıq
Fəaliyyətimizi həyata keçirərkən ən yüksək standartları etik normaları rəhbər tutmaq.

Dürüstlük
Üzərimizə düşən bütün öhdəlikləri dəqiq və doğru həyata keçirmək.

Bizim üstünlüklərimiz

  • Peşəkar, yerli və xarici mütəxəssislər heyətinə sahibik
  • Beynəlxalq səviyyədə tanınmış nüfuzlu  akkreditasiya qurumlarından təsdiqli  sertifikatlarla təmin edirik
  • Bir neçə  beynəlxalq sertifikatlaşdırma qurumlarının Azərbaycan üzrə təmsilçisiyik
  • Bazarın aparıcı şirkətlərinə xidmət göstəririk
  • Xidmətlərimizi qısa müddətdə və sürətli bir şəkildə icra edirik
  • Müştərilərimizə daimi dəstək veririk

Bizimlə əməkdaşlıqdan sizin əldə edəcəkləriniz

  1. Yüksək kvalifikasiyalı və böyük təcrübəyə malik  auditorlarımız tərəfindən müəssisənizin fəaliyyətinə dəyər qatacaq  audit və azərbaycan dilində detallı hesabatın hazırlanması və təqdim edilməsi
  2. Fəaliyyətimizlə bağlı  sorğuların tez bir zamanda cavablandırılması,  məsələlərin operativ həlli və müvafiq tövsiyələrin verilməsı
  3. Müvafiq resurslarla təmin olunma (Azərbaycan dilində standartlar metodiki vəsaitlər və.s)
  4. Nüfuzlu akkrreditasiya qurumlarından təsdiqli sertifikatların (Almaniya, İsveçrə, ABŞ, Türkiyə) verilməsi
  5. Sürətli, effektiv və qısa müddətdə işlərin  yerinə yetirilməsi
  6. Ödənişsiz təlim və seminarların verilməsi
  7. İxrac potensialının və xarici bazarlara çıxış imkanın artması
  8. Rəqabətqabiliyyətliliyin artması
  9. Müştərilərin inam və etibarının artması
  10. Tenderlərdə iştirak və rəqabət üstünlüyü əldə etmə imkanı
  11. Sertifikatlaşdırma qərarı verildikdən sonra qısa müddət ərzində sertifikatın əldə edilməsi
  12. Optimal qiymət